"Güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir" - DEPUTAT

"Güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir" - DEPUTAT1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, planlı iqtisadiyyatın iflası və Qarabağ müharibəsi Azərbaycanı dərin iqtisadi-siyasi böhrana sürüklədi. Siyasi qeyri-sabitlik və hərbi məğlubiyyətlər isə dövlət müstəqilliyini yox olmaq təhlükəsi ilə üz-üzə qoydu. Həmin dövrdə Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. Daxili sabitliyin pozulması, iqtisadi tənəzzül və dövlət idarəçiliyində yaranan problemlər ölkənin gələcəyini şübhə altına almışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması ölkədə siyasi böhrana səbəb olmuşdu. Mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.

Ulu öndər Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılması erməni millətçilərinin Azərbaycan torpaqlarına iddiası qarşısında böyük imkanlar açdı. Azərbaycan xalqının maraqlarını təmin etməkdənsə, Moskvanın maraqlarını yerinə yetirməyə çalışan siyasətçilərin hakimiyyətə gəlməsi Qarabağda vəziyyəti daha da ağırlaşdırdı. Müstəqillik ərəfəsində Azərbaycan artıq bir çox faciələrdən keçmişdi".

AXC-"Müsavat" dövründə ölkəni "idarə edən" siyasi komanda səriştəsiz, təcrübəsiz və savadsız şəxslərdən ibarət antimilli dəstə idi. Həm iqtidar, həm müxalifətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan Silahlı Qüvvələrini yaratmaq, ölkənin müdafiəsini təşkil etmək, xalqın birliyini təmin etmək əvəzinə hakimiyyət uğrunda mübarizəyə başladılar. Yaranan hərbi dəstələr də ancaq hakimiyyət uğrunda mübarizədə bir vasitə kimi istifadə edilirdi

Müdafiəsiz qalan rayonlarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. Torpaqlarımızın uzun illər işğal altında saxlanılmasında və vətəndaşlarımızın vəhşicəsinə qətlə yetirilməsində da o dövrdə hakimiyyətdə olan siyasi qüvvələrin də böyük məsuliyyəti daşıyırlar.

1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-"Müsavat" cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkədə tam bir xaos və anarxiya yaranmış, daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Artıq əlinə silah alan hər kəs hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyillər kəskin xarakter almışdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ağır uçuruma düşməsinin qarşısı alındı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə nail oldu. Onun rəhbərliyi altında dövlət institutları gücləndirildi, qanunçuluq bərpa edildi və milli həmrəylik möhkəmləndirildi.

Hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə də şərait yaratdı. Bütün sahələrin inkişafı ilə bağlı əsaslı tədbirlər görüldü, xarici dövlətlərlə əməkdaşlıq əlaqələri genişləndirildi, ölkəyə xarici investisiyalar cəlb olundu və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıldı. Xüsusilə enerji sahəsində. Enerji strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi və gələcək inkişafın əsasını qoydu.

Ulu öndər Heydər Əliyev müəyyən etdiyi inkişaf strategiyası, dövlətçilik ideyaları və milli maraqlara əsaslanan siyasi kurs bu gün də Azərbaycanın güclənməsinə, müstəqilliyinin qorunmasına və tərəqqisinə xidmət edir.

Bu gün ulu öndər Heydər Əliyevin başladığı siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyev Ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək adını güclü sərkərdə kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirdi.

1990-ci illərin əvvəllərində hakimiyyətdə olan və ölkəmizi parçalamağa çalışan qüvvələr bu gün Azərbaycan dövlətin əldə etdiyi tarixi qələbələri, xüsusilə də 44 günlük Vətən müharibəsindəki zəfəri və regiondakı liderlik mövqeyini qəbul etmir. Onlar daxili inkişafa kölgə salmaq məqsədilə xarici dairələrin anti-Azərbaycan kampaniyalarına dəstək verirlər. Hətta bəziləri dövlət maraqlarına zidd olan qarayaxma kampaniyaları aparmaqdan belə çəkinmirlər.

Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı qərb ölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər sosial şəbəkələrdəki çıxışları ilə özlərini davamlı şəkildə ifşa etməkdədirlər.

Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edən qüvvələr cızdıqları ssenarinin icrasında onlardan ustalıqla istifadə edirlər. Onların sosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləri cəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur. Onlar ölkənin inkişafını, xalq-iqtidar birliyini və uğurlu xarici siyasət kursunu həzm edə bilmir, ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər.

Anti-milli qüvvələrin və ya satqın ünsürlər Azərbaycanın əldə etdiyi tarixi və siyasi nailiyyətlərə qarşı qarayaxma kampaniyaları apararaq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onların əsas məqsədi ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, daxili sabitliyi pozmaq və dezinformasiya yaymaqdır. Amma artıq onların qurduqları her bir ssenari məğlubiyyətə məhkumdur. Xalqımız artıq sözlərə deyil, əmələ inanırlar. Xalqımız yaxşı bilir ki, antimilli qüvvələrin tək məqsədi 90-cı illərin əvvəllərində olduğu sabitliyi pozmaq və ölkədaxili münaqişələri yenidən başlamaqdadır. Lakin unudurlar ki, bu gün mövcud olan xalq-iqtidar birliyi ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. Ən önəmlisi güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir. Xalqımız əmindir ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 688   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr