"Uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması qoruyucu xarakter daşıyır" - DEPUTAT

"Uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması qoruyucu xarakter daşıyır" - DEPUTAT"Uşaqların sosial şəbəkələrdən istifadəsi Azərbaycanda qanunvericiliklə tənzimlənir. 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə fərdi hesab açması qadağan edilir, 16-18 yaş arası yeniyetmələr isə qeydiyyatdan yalnız valideyn və ya qanuni nümayəndələrinin razılığı ilə keçə bilərlər. Bu qərar uşaqların sosial şəbəkələrdə üzləşə biləcəyi kiberzorakılığın qarşını alacaq".

Bunu Sonxeber.az-a danışan deputat Sevinc Hüseynova bildirib.

Deputat qeyd edib ki, sosial şəbəkələrin uşaqların psixologiyasına mənfi təsirlərinin qarşısını almaq və rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq ciddi yaş məhdudiyyətləri tətbiq olunur:

"Platformalar istifadəçilərin yaşını təsdiqləmək üçün mobil nömrə və ya digər müvafiq yoxlama sistemləri tələb edəcəkdir.Qanuni məhdudiyyətlərlə yanaşı, ev şəraitində də uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir. Valideynlər mütləq şəkildə cihazlarda "Valideyn Nəzarəti" funksiyalarını aktivləşdirməli və uşaqların internetdə keçirdiyi vaxtı məhdudlaşdırmalıdırlar.Dəyişikliklər aşağı yaş qruplarının zərərli təsirlərdən qorunması baxımından mühüm addımdır. Sosial şəbəkələr gündəlik ünsiyyət, təhsil və məlumat əldə etmək üçün əvəzolunmazdır. Lakin rəqəmsal asılılıq, kiberzorakılıq və şəxsi məlumatların təhlükəsizliyi kimi risklərdən qorunmaq üçün onlardan məqsədyönlü və təhlükəsiz istifadə qaydalarına riayət etmək vacibdir. Xüsusilə də uşaqların.

Sosial şəbəkələr gündəlik ünsiyyət, təhsil və məlumat əldə etmək üçün əvəzolunmazdır. Lakin rəqəmsal asılılıq, kiberzorakılıq və şəxsi məlumatların təhlükəsizliyi kimi risklərdən qorunmaq üçün onlardan məqsədyönlü və təhlükəsiz istifadə qaydalarına riayət etmək vacibdir".

Deputat vurğulayıb ki, daimi onlayn olmaq uşaqlarda tənhalıq hissi, depressiya və narahatlıq riskini artırır:

"Uşaqlar sosial şəbəkələrdə təzyiqə, təhqirə və ya hədə-qorxuya məruz qala bilərlər. Real ünsiyyətdən və fiziki aktivlikdən uzaqlaşma, həmçinin yuxu rejiminin pozulması müşahidə olunur. Şəxsi məlumatların və fotoların oğurlanması təhlükəsi mövcuddur. Bəzi ölkələrdə yaş həddi 15-16 olaraq müəyyən edilir və bu yaşdan kiçiklər üçün valideyn icazəsi tələb olunur. Uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoruyucu xarakter daşıyır. Azərbaycanın da bu istiqamətdə atdığı addım gələcək nəslin sağlam inkişafının təmin olunmasına xidmət edir. Xüsusilə də, uşaqların təhlükəsiz informasiya mühitində formalaşmasına və rəqəmsal dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir. Bir sözlə 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni hüquqi tənzimləmələr məhdudlaşdırıcı deyil, qoruyucu xarakter daşıyır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 387   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

15 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr