Alimlər Siciliyada Etna vulkanının artan aktivliyinin səbəblərini izah ediblər
İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı son 15 il ərzində keçmiş dövrlərə nisbətən daha yüksək aktivlik nümayiş etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliya Vulkanologiya Assosiasiyasının rəhbəri Marko Vikkaro "RIA Novosti"yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, son zamanlar zirvə kraterləri zonasında püskürmə halları əhəmiyyətli dərəcədə tezləşib. Professor bu vəziyyəti maqmanın dərin təbəqələrdən vulkanın zirvəsinə doğru hərəkətinin asanlaşması, həmçinin aralıq və səth qatlarında yerləşən rezervuarlarda heç bir ləngimə olmadan birbaşa yuxarı qalxması ilə əlaqələndirib.
Vikkaro xatırladıb ki, 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlində baş verən iki püskürmə hadisəsinin ardınca Etna bir neçə aylıq nisbi sükut dövrünə qədəm qoyub. Buna baxmayaraq, 2026-cı ilin iyunundan etibarən zirvə kraterlərinin fəaliyyəti yenidən aktivləşməyə doğru gedib. İlkin proseslər yüngül kül və qaynar vulkanik kütlə püskürən Voracine kraterində nəzərə çarpıb. Alimin məlumatına əsasən, iyunun 26-dan başlayaraq aktivlik qeyri-sabit olsa da, özünü daha kəskin şəkildə büruzə verib.
Qeyd edək ki, iyulun 5-i səhər saatlarında Voracine kraterindən başlayan vulkanik kül püskürmələri bir saat ərzində daha da intensivləşib. Nəticədə Etna zirvəsinin üstündə 1.5 kilometrə qədər ucalan kül buludu formalaşıb. Vulkanın yaxınlığında fəaliyyət göstərən Kataniya beynəlxalq hava limanı isə yalnız iki gün sonra öz işini bərpa edə bilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 515 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabr