Donald Trampın Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı etdiyi paylaşım dünyaya verilən dostluq mesajıdır
"ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni özünün "Truth Social" hesabında paylaşması onun iki ölkə arasında dostluq münasibətlərini önəmsədiyini sübut edir".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki,"Breitbart News"un müxbiri Coşua Kleyn tərəfindən hazırlanan məqalə İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əhatə edir:
"Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, həmçinin əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb. Bu paylaşım Donald Trampın cənab prezident İlham Əliyevlə olan dostluq münasibətlərinə göstərdiyi dəyər kimi qiymətləndirmək olar. Son dövrlər Azərbaycan-ABŞ münasibətləri yeni strateji mərhələyə keçid edib.Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda Prezident Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirdiyi səfər Azərbaycan-ABŞ münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi olub. Avqustun 8-də Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu sənəd iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi çərçivə formalaşdırmaqla yanaşı həm də əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu.
Bu ilin fevralın 10-da ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin strateji səviyyəyə yüksəldilməsinin sübut etdi. Bu gün hər iki ölkə uzunmüddətli, etibarlı və strateji xarakter daşıyan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq və əməkdaşlıq regionda sülhə və sabitliyə xidmət edir. Xüsusilə də ABŞ-nin vasitəçiliyi ilə əldə edilən tarixi sülh sazişləri və irəli sürülən tranzit marşrutları (məsələn, TRIPP dəhlizi) regionda kommunikasiyaların açılmasına və qlobal ticarət yollarının şaxələnməsinə birbaşa töhfə verir. Ümumillikdə isə Azərbaycan-ABŞ arasında mövcud tərəfdaşlıq hər iki dövlətin maraqlarına cavab verməklə yanaşı, Avrasiya məkanında təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə dəstək olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 694 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabr