Quzu əti niyə fərqli qiymətlərə satılır (VİDEO)
Bazarlarda satılan quzu ətinin qiymətlərində fərq müşahidə olunur.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik quzuların qiyməti 23-25 manata qədər yüksəlir.
Satıcılar bildirirlər ki, qiymət quzunun çəkisinə, növünə və alış qiymətinə görə formalaşır. Qəssabların sözlərinə görə, əmlik quzular daha az tapıldığı üçün onları əsasən sifarişlə gətirib kəsir və satırlar. Satıcılar onu da qeyd edirlər ki, əmlik quzu əti iriçəkili quzu ətinə nisbətən daha yumşaq və fərqli dada malikdir.
Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Vətəndaşlar bildirirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzu əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.
Qeyd edək ki, son aylarda ölkəyə ət idxalının artması bazarda təklifin azalmasının qarşısını alan əsas amillərdən biridir. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da yüksək olması istisna edilmirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 517 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə
16 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabr165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO
Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra
15 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr