"Davamlı zorakılıq uşaqların psixologiyasında dərin izlər qoyur və gələcəkdə ciddi riskli davranışlara yol açır" - PSİXOLOQ
Şiddət görən uşaqlarda dərin psixoloji travmalar, sosiallaşma problemləri və aqressiya formalaşa bilər.Aqressivlik artır, yaşadıqları travmaları başqalarına qarşı şiddət və ya bullinq yolu ilə ifadə etməyə meyilli olurlar. Şiddət görən uşaqlarda hansı əlamətlər özünü büruzə verir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Leyla Alışova bildirib ki, şiddətə məruz qalan uşaqların psixologiyası ciddi şəkildə zədələnə bilər:
"Şiddət fiziki, psixoloji, emosional və ya cinsi xarakter daşıdıqda onun təsiri uşağın inkişafına, davranışına və gələcək həyatına mənfi təsir göstərir.Davamlı zorakılıq uşaqların psixologiyasında dərin izlər qoyur və gələcəkdə ciddi riskli davranışlara yol açır.
Ən çox rast gəlinən psixoloji təsirlər bunlardır:
Güclü qorxu, narahatlıq və daimi stress.
Özünəinamın azalması və özünü dəyərsiz hiss etmə.
Depressiya, kədər və ümidsizlik hissi.
Aqressiv davranış və ya əksinə, həddindən artıq sakitlik və özünəqapanma.
Təhsil göstəricilərinin zəifləməsi, diqqət və yaddaş problemləri.
İnsanlara etibar etməkdə çətinlik və sosial münasibətlərdə problemlər.
Yuxu pozğunluqları, kabuslar və iştahanın dəyişməsi.
Uzunmüddətli dövrdə bu uşaqlarda psixi sağlamlıq problemləri, travma sonrası stress pozuntusu (TSSP), depressiya və narahatlıq pozuntularının yaranma riski arta bilər".
Psixoloq vurğulayıb ki, belə halların qarşısını almaq üçün uşağın təhlükəsiz mühitdə böyüməsi təmin edilməlidir.
"Valideynlər və müəllimlər zorakılığın əlamətlərini vaxtında tanımalıdırlar. Psixoloq və digər mütəxəssislərin dəstəyi təmin olunmalıdır. Uşağa sevgi, anlayış və emosional dəstək göstərilməli, onun fikirlərinə hörmətlə yanaşılmalıdır.
Vaxtında göstərilən psixoloji və sosial dəstək uşağın travmanı daha sağlam şəkildə aşmasına və normal inkişafını davam etdirməsinə kömək edə bilər".
Psixoloq şiddətə məruz qalan uşaqların hamısında eyni davranışların olmadığını da qeyd edib:
"Davamlı zorakılıq uşaqlarda bəzi riskli davranışlarla özünü göstərir. Bu davranışlar uşağın yaşadığı travmaya reaksiyası kimi ortaya çıxır.
Mümkün riskli vərdiş və davranışlar aşağıdakılardır:
Aqressiv davranış və ya dava etməyə meyillilik.
Yalan danışmaq və ya oğurluq kimi davranış problemləri.
Məktəbdən yayınmaq və dərslərə marağın azalması.
Sosial mühitdən uzaqlaşmaq və özünə qapanmaq.
Zərərli dost çevrəsinin təsiri altına düşmək.
Siqaret, alkoqol və ya digər zərərli maddələri sınamaq riskinin artması, xüsusilə yeniyetməlik dövründə
İnternet və ya kompüter oyunlarından həddindən artıq istifadə etməklə reallıqdan uzaqlaşmağa çalışmaq.
Davamlı zorakılıq görən uşaqlarda bu davranışlar qaçılmaz deyil. Ailənin, müəllimlərin, psixoloqların və digər etibarlı böyüklərin vaxtında dəstəyi uşağın sağlam inkişafına kömək edə və bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Uşağa təhlükəsiz, sevgi dolu və sabit mühit yaratmaq onun travmanı daha yaxşı aşmasına kömək edən ən vacib amillərdəndir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi