DÇ-2026-nın finalöncəsi "sehrli foto"
İspaniya və Argentina yığmalarının qarşılaşacağı 2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində Kataloniyanın "Barselona" klubunun mətbuat xidməti maraqlı bir tarixi faktı yenidən gündəmə gətirib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamalı vannada çimdirdiyi məşhur anı xatırladıb.
Kataloniyalıların mətbuat xidməti Messi və balaca Yamalın yer aldığı sözügedən şəkli paylaşıb və onu "sehrli foto" adlandırıb.



Tarixə nəzər salsaq görərik ki, 2007-ci ildə İspaniyanın "Diario Sport" nəşri "Barselona"nın ovaxtkı sponsoru UNICEF ilə birlikdə Kataloniya klubunun azarkeşləri üçün xüsusi bir uduşlu kampaniya təşkil etmişdi. Şərtlərə görə, qalib gələn ailənin övladı "Barselona" ulduzları ilə birlikdə təqvim üçün çəkilməli idi.
Həmin uduş Afrika ölkələrindən gəlmiş iki mühacirin və onların altıaylıq oğlu Lamin Yamalın yaşadığı ərazidə keçirilirdi. Tale elə gətirdi ki, qalib məhz bu ailə oldu. Nəticədə ailə "Kamp Nou" stadionuna gəlmək şansı qazandı və orada onları o zaman futbolun parlayan ulduzu olan Lionel Messi ilə unudulmaz bir fotosessiya gözləyirdi.
Təxminən iyirmi il sonra bu iki ulduz futbolçunun qarşıdurması DÇ-2026-nın final matçının əsl bəzəyinə çevriləcək. Bu həlledici görüşü təkcə dünya futbol ictimaiyyəti deyil, Yamalın özü də böyük səbirsizliklə gözləyir.
"Mən bir az böyümüşəm, Leo da, həmçinin. Ümid edirəm ki, onunla finalda qarşılaşa biləcəyəm, xüsusən də Finalissimanın (Cənubi Amerika və Avropanın ən yaxşı yığmalarının matçı) baş tutmadığını nəzərə alsaq", - deyə Yamal bildirib.
Xatırladaq ki, ispanlar DÇ-2026-nın 1/2 final mərhələsində Fransa yığması üzərində inamlı qələbə (2:0) qazanaraq finala vəsiqə əldə ediblər. Pley-off mərhələsi boyunca Luis de la Fuentenin rəhbərlik etdiyi komanda Belçika (2:1), Portuqaliya (1:0) və Avstriya (3:0) seçmələrinə də qalib gəlməyi bacarıb.
İspaniya - Argentina qarşılaşması iyulun 19-da, bazar günü "MetLayf" stadionunda baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1368 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər
İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi
9 sentyabrNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də
9 sentyabr"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak
10 sentyabrMəhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb. xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydan
7 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabr