"Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş platforması deyil" - AÇIQLAMA
"ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərlə bağlı "Breitbart News" məqaləsini özünün "Truth Social" hesabında paylaşması təkcə informasiya mübadiləsi deyil, həm də siyasi və diplomatik baxımdan diqqətçəkən hadisədir. Bu paylaşım göstərir ki, Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər beynəlxalq siyasi dairələrin diqqət mərkəzindədir və qlobal informasiya məkanında rezonans doğurur" - bunu Sonxeber.az -a açıqlama verən "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib:
"Prezident İlham Əliyevin forum zamanı Donald Trampı "sülh adamı" kimi xarakterizə etməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirməsi Azərbaycanın sülh gündəliyinə sadiqliyinin növbəti nümayişidir. Eyni zamanda, əvvəlki ABŞ administrasiyalarının uzun illər münaqişənin həllindən daha çox status-kvonun saxlanmasına üstünlük verməsi ilə bağlı səsləndirilən fikirlər regionun son otuz illik geosiyasi reallıqlarına verilən siyasi qiymət kimi qəbul edilə bilər."
Ekspert qeyd edib ki, Donald Trampın bu çıxışdan məhz həmin məqamları önə çıxaran materialı paylaşması onu göstərir ki, Azərbaycanın mövqeyi artıq yalnız regional deyil, qlobal siyasi müzakirələrin də mühüm hissəsinə çevrilir. Bu, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və ölkəmizin artan geosiyasi rolunun göstəricisidir:
"Hesab edirəm ki, Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş platforması deyil. Forum beynəlxalq informasiya diplomatiyasının mühüm mərkəzinə çevrilib. Burada səslənən fikirlərin dünyanın aparıcı media qurumlarında işıqlandırılması və dövlət başçıları tərəfindən diqqətlə izlənilməsi Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu platformanın nüfuzunu daha da artırır.
Bu hadisə bir daha sübut edir ki, müasir dövrdə informasiya diplomatiyası klassik diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Həqiqətlərin beynəlxalq auditoriyaya düzgün çatdırılması, dezinformasiyaya qarşı mübarizə və Azərbaycanın milli maraqlarının qlobal mediada müdafiəsi baxımından Şuşa Qlobal Media Forumu mühüm strateji əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Donald Trampın paylaşımı həm Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən diqqətin, həm də Prezident İlham Əliyevin beynəlxalq siyasi gündəmdə xüsusi çəkisinin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini təsdiqləyən mühüm siyasi siqnaldır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi