Başqa qidalar əti əvəz edə bilərmi? - AÇIQLAMA

Başqa qidalar əti əvəz edə bilərmi? - AÇIQLAMAƏt zülal, dəmir və B12 vitamini kimi vacib qida maddələrinin əsas mənbələrindən biri hesab olunur.

Lakin son illərdə sağlam qidalanma, iqtisadi səbəblər və vegetarian qidalanmaya marağın artması fonunda "Əti başqa qidalar əvəz edə bilərmi?" sualı daha çox müzakirə olunur.

Bəs, ətin təmin etdiyi qida dəyərlərini hansı məhsullardan almaq mümkündür və bu əvəzləmə hər kəs üçün uyğundurmu?

Qida eksperti Asim Vəliyev bu barədə Sonxeber.az -a açıqlama verib:

"Tək bir qida ətin bütün bioloji üstünlüklərini vermir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi sayılır. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onları özü sintez edə bilmir və qida ilə qəbul etməlidir.

Heyvan mənşəli zülallar adətən bu 9 amin turşusunun hamısını uyğun nisbətdə ehtiva edir. Bitki mənşəli zülallarda isə bəzən bir, bəzən neçə amin turşusu kifayət qədər olmur. Buna görə ət istehlakını azaltmaq istəyən insanlarda qida müxtəlifliyi vacibdir.

Ən praktik yanaşmalardan biri paxlalıları taxıllarla birlikdə istifadə etməkdir. Mərci ilə düyü, noxudla bulqur, ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayır. Ayrı-ayrılıqda zəif olan amin turşuları birlikdə daha balanslı zülal profili yaradır.

Burada bir məqam da var. Bitki mənşəli dəmirin sorulması heyvan mənşəli dəmirlə müqayisədə daha zəif olur. Ona görə paxlalı yeməklərlə birlikdə C vitamini mənbələrinin istifadəsi faydalıdır. Limon, pomidor, bibər və ya göyərti dəmirin mənimsənilməsini müəyyən qədər artırır.

Ət yeməyən insanlarda ən çox diqqət edilən mövzulardan biri B12 vitaminidir. Bu vitamin bitki mənşəli qidalarda praktik olaraq yoxdur. Ona görə uzun müddət heyvan mənşəli qidalardan uzaq duran insanlarda B12 çatışmazlığı riski artır.

Bundan başqa, dəmir və sink çatışmazlığı da mümkündür. Xüsusilə yorğunluq, halsızlıq, saç tökülməsi, anemiya kimi hallar müşahidə oluna bilər. Bunu yalnız stress, yorğun həyat tərzi ilə əlaqələndirmək düzgün olmaz. Bəzən məsələ qida balansında olur.

Göbələk dad və tekstura baxımından əti xatırlada bilər. Bu səbəbdən bir çox reseptdə ət əvəzi kimi təqdim olunur. Amma qida dəyəri baxımından eyni deyil. Zülal miqdarı ətlə müqayisədə xeyli aşağıdır. Göbələyi daha çox yeməyin həcmini artırmaq, dad qatmaq, qiyməyə əlavə etmək üçün istifadə etmək daha məntiqli yanaşmadır. Onu tam zülal mənbəyi kimi yox, köməkçi komponent kimi düşünmək ən düzgün yanaşmadır.

Bioloji dəyərinə görə mərci, noxud, lobya, xüsusilə soya daha yaxşı alternativlər hesab olunur. Paxlalılar həm zülal, həm də lif və maqnezium mənbəyidir. Soya isə bitki aləmində nadir tam zülal mənbələrindən biridir.

Amma burada da məsələ təkcə əti çıxarmaq deyil. Əsas məsələ balanslı rasion qurmaqdır. Hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda, yaşlı insanlarda ət zülalının rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qərar fərdi vəziyyətə uyğun verilməlidir. Lazım gəldikdə laborator analizlər və həkim nəzarəti nəzərə alınmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 887   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr