Mükəmməlliyyətçilik insanın həyatını necə çətinləşdirir? - AÇIQLAMA
Mükəmməl görünmək, səhv etməmək və hər işi qüsursuz yerinə yetirmək istəyi ilk baxışdan uğurun açarı kimi görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu xüsusiyyət müəyyən həddi keçdikdə insanın psixoloji sağlamlığına, münasibətlərinə və həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir.
Daim özündən daha artığını gözləmək, kiçik səhvləri belə uğursuzluq kimi qəbul etmək və heç nədən tam razı qalmamaq zamanla narahatlıq, emosional tükənmə və özünəinam problemlərinə səbəb ola bilər.
Bəs mükəmməlliyyətçilik insanın həyatını necə çətinləşdirir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Mükəmməlliyyətçilik hər zaman müsbət xüsusiyyət deyil. Bir çox insan bunu məsuliyyətli və çalışqan olmaqla eyniləşdirsə də, əslində sağlam motivasiya ilə qeyri-sağlam mükəmməlliyyətçilik arasında ciddi fərq var. Sağlam motivasiyada insan əlindən gələni edir və nəticəni qəbul edə bilir. Mükəmməlliyyətçi insan isə yalnız ideal nəticə ilə kifayətlənir və ən kiçik çatışmazlığı belə öz uğursuzluğu kimi qiymətləndirir.
Belə insanlar daim yüksək gözləntilər altında yaşayırlar. Bir işi uğurla tamamlasalar belə, diqqətlərini etdikləri yaxşı işə deyil, buraxdıqları kiçik səhvlərə yönəldirlər. Bu isə özündən narazılıq hissini artırır və əldə olunan uğurun sevincini yaşamağa imkan vermir.
Mükəmməlliyyətçilik uzunmüddətli perspektivdə xroniki stress, narahatlıq pozuntuları, depressiya və emosional tükənmə riskini artırır. İnsan davamlı olaraq özünü başqaları ilə müqayisə edir, səhv etməkdən qorxduğu üçün yeni imkanlardan uzaq durur və ya hər işi təxirə salır. Çünki onun düşüncəsində 'mükəmməl edə bilməyəcəmsə, ümumiyyətlə başlamayım' yanaşması formalaşır.
Bu xüsusiyyət şəxsi münasibətlərə də mənfi təsir göstərir. Mükəmməlliyyətçi insanlar həm özlərinə, həm də ətrafdakılara qarşı həddindən artıq tələbkar ola bilirlər. Bu isə ailədə, dostluq və iş münasibətlərində gərginlik yarada bilər.
Unutmaq olmaz ki, insan inkişafını təmin edən amillərdən biri də səhv etməkdir. Səhvlər öyrənmə prosesinin təbii hissəsidir. Özünə qarşı daha anlayışlı olmaq, real hədəflər müəyyənləşdirmək və hər zaman qüsursuz olmağa çalışmamaq həm psixoloji sağlamlığı qoruyur, həm də həyat keyfiyyətini artırır. Əgər mükəmməlliyyətçilik gündəlik həyatınıza, işinizə və ya münasibətlərinizə mane olmağa başlayıbsa, psixoloq dəstəyi almaq faydalı ola bilər"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi