Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - Video
Ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, qəza nəticəsində Adil Əhmədov və sərnişini - həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb.
İlkin araşdırmalara görə hadisənin "Mercedes" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 536 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketdə şok mənzərə: İstifadə müddəti 5 il keçmiş məhsullar satışa çıxarıldı
Türkiyənin Şanlıurfa şəhərində bələdiyyənin zabitə əməkdaşları tərəfindən marketlərdə keçirilən yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. türk mediasına istinadən xəbər verir ki, yoxlamalar nəticəsində son istifadə tarixi 5 il keçmiş şampunlar, xarab olmuş və kiflənmiş ərzaq məhsulları, eləc
16 iyulYaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-d
16 iyulAzər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) Texniki İstismar şöbəsi ləğv edilib. "Qaynarinfo"ya istinadla xəbər verir ki, ləğv edilən şöbənin yerində "Azəriqaz"ın aparatında İstismar Departamenti yaradılıb. Ləğv edilən Texniki İstismar şöbəsinin müdiri Səməd Əliyev sözügedən departamenti
16 iyulRayonlara dolu düşəcək
Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 30-35 isti olacaq. Atmosfe
17 iyul