Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRARAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R. Məlikzadə 9 milyon 369 min 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 324   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən gün yayılan video ilə bağlı - Nazirlikdən açıqlama

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb. Analitik Ekspertiza Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər köhnədi

20 iyul
.

"Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır" - DEPUTAT

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu tarix 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən ilk anadilli mətbu orqanımız olan "Əkinçi" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gündür. 2025-ci ildə mətbuatımızın 150 illik yubileyi tamam olmuşdur. Bu münasibətlə ölkədə geni

20 iyul
.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyə

18 iyul
.

"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu

19 iyul 2016-cı il tarixində sosial şəbəkələr üzərindən fəaliyyətə başlayan "1xeber" bu gün artıq 10 illik uğur yolunu geridə qoyur. Fəaliyyətə başladığımız ilk gündən əsas məqsədimiz cəmiyyət üçün əhəmiyyət kəsb edən sosial, ictimai-siyasi və aktual hadisələri operativ, obyektiv və məsuliyyə

19 iyul
.

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə olan tələbat kəskin artıb. Bu artım kirayə qiymətlərinə də birbaşa təsir edib. Xəzər TV-yə istinadla xəbər verir ki, hazırda kirayə bazarında dəniz sahilinə yaxın, geniş həyətyanı sahəsi və yüksək komfort şəraiti olan villalara üstünlük verilir. Dənizkənar

19 iyul
.

Məktəblərdə böyük DƏYİŞİKLİK ELAN EDİLDİ: Sentyabrdan başlayır...

Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək. Bəs bu "gənc" fənləri tədris edən müəllim korpusu varmı, yetişibmi?. -a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizli

18 iyul
.

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib. Qeyd olunu

20 iyul
.

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

Azərbaycanda demoqrafik göstəricilərdə son illərin ən nəzərəçarpacaq azalması qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə doğum sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz aşağı düşüb. Hər 100 nəfərə düşən doğum əmsalının 9.2-dən 8.5-

19 iyul
.

Coşqun Qarayevin yerinə o təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Bakı və Bakı ətrafı yol mühafizəsi bölgəsinin rəisi vəzifəsinə Riyad Paşayev təyin edilib. Bu barədə AAYD

20 iyul