CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib.
"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb.
"Bu qərar Ər-Riyada beynəlxalq təminatlar olmadan nüvə silahının hazırlanmasına yol aça bilər", - yazıda qeyd olunub.
ABŞ-nin Səudiyyə Ərəbistanının mülki nüvə proqramına dəstəyinin ifadə olunduğu "123-cü Saziş" adlandırılan layihə 2025-ci ilin oktyabrından Trampın imzasını gözləyir.
Ekspertlərin sözlərinə görə, sərt təminatlar tətbiq edilməsə, saziş Səudiyyə Ərəbistanının nüvə silahına sahib olmasına yol açacaq. Bundan əvvəl ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranın öz bombasını yaradacağı təqdirdə, nüvə silahı yaratmaqla hədələyib.
Saziş Amerika şirkətləri tərəfindən nüvə materiallarının və texnologiyalarının alıcı ölkənin mülki nüvə proqramına verilməsi üçün baza hüquqi əsasını təşkil edir və Səudiyyə Ərəbistanının həssas texnologiya və materiallar əldə edib-etməyəcəyi məsələsində "son söz" olmayacaq.
Nüvə silahının istehsalı üçün iki üsul mövcuddur - uranın zənginləşdirilməsi və plutoniumun emalı. Nüvə reaktorları üçün urana ehtiyacı olan əksər ölkələr onu ABŞ və ya Rusiyadan alır, materialı hermetik partiyalarda ciddi beynəlxalq nəzarət altında əldə edir.
Telekanalın tanış olduğu sənədlərə görə, saziş layihəsi Səudiyyə Ərəbistanını Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə təhlükəsizliyinə dair gücləndirilmiş təminatlar haqqında standart sazişi qəbula məcbur etmir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 286 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v
19 iyulStavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı "Volçyi Vorota" su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" regionun hüquq-mühafiz
18 iyulXameneidən ABŞ-yə sərt ittiham: "Vaşinqton öz əsl üzünü göstərdi"
"ABŞ tərəfindən sazişin dəfələrlə pozulması Amerika prezidentinin imzasının əhəmiyyətsizliyini və etibarsızlığını bir daha nümayiş etdirib". "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bəyan edib. Onun sözlərinə görə
19 iyulGünəşin dərinliklərində nəhəng gümüş ehtiyatları aşkarlanıb
Astrofiziklər müəyyən ediblər ki, Günəşin daxilində əvvəlki ölçmələrin göstərdiyindən 55 faiz daha çox gümüş var. İsveçin Uppsala Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu kəşf Günəşin daxilində və Günəş sisteminin ilkin maddəsində gümüşün miqdarı ilə bağlı uzun illər davam edə
18 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyul