Pentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasından "F-16", həmçinin Böyük Britaniya ərazisindəki "Leykenhit" aviabazasından "F-35" qırıcıları köçürülür. Qəzet dəqiqləşdirib ki, təyinat yerinə döyüş aviasiyasından əlavə, havada yanacaqdolduran təyyarələr də yollanır.
ABŞ-İran qarşıdurmasındakı gərginliyin yeni mərhələsinə 8 iyul hadisələri səbəb olub. ABŞ Silahlı Qüvvələri Vaşinqtonla Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavabla əsaslandıraraq İran ərazisinə bir neçə aviazərbə endirib. Elə həmin gün Ağ Evin rəhbəri Donald Tramp İranla atəşkəsin dayandırıldığını elan edib. Tehran isə, öz növbəsində, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən Amerika hərbi obyektlərinə cavab zərbələri endirməyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 243 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var
Vyetnamın Laytyau əyalətində aramsız yağan yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə dörd nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb, daha dörd nəfər isə itkin düşmüş hesab olunur. xəbər verir ki, bu barədə Vyetnam mətbuatında yerli qurumlara istinadən məlumat yayılıb
18 iyulStavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı "Volçyi Vorota" su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" regionun hüquq-mühafiz
18 iyulPentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasında
19 iyulİsrailin Livanın cənubuna endirdiyi zərbələrdə azı dörd nəfər həlak olub
Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, dronları
19 iyulRekord isti bir həftədə 3 mindən çox insanı öldürdü
İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyul