TikTok-un şahmat müəllimləri Beynəlxalq Şahmat Günündə: Oyunun sirlərini rəqəmsal dünyaya daşıyırlar

TikTok-un şahmat müəllimləri Beynəlxalq Şahmat Günündə: Oyunun sirlərini rəqəmsal dünyaya daşıyırlar20 iyul bütün dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Strateji düşüncəni, məntiqi və diqqəti inkişaf etdirən bu oyun artıq təkcə şahmat taxtası arxasında deyil, sosial media platformalarında da milyonlarla insana çatır. Bu gün TikTok əyləncəli videolarla yanaşı, maarifləndirici məzmunun da geniş auditoriyaya təqdim olunduğu platformalardan biridir. Burada müəllimlər, məşqçilər və peşəkar şahmatçılar oyunun incəliklərini sadə və anlaşılan formada izah edir, yeni başlayanlardan təcrübəli oyunçulara qədər hər kəs üçün faydalı məzmun hazırlayırlar.

TikTok-da şahmatla bağlı maarifləndirici videolar hazırlayan azərbaycanlı müəllimlər və məşqçilər bu intellektual oyunun daha çox insana çatmasına töhfə verirlər.
Şahmatın əsaslarını sadə dillə izah edir - @elshad_chess

Şahmat məşqçisi olan Elşadın hesabı bu oyunu öyrənmək istəyənlər üçün faydalı mənbələrdən biridir. O, TikTok videolarında şahmat dərslərinin üstünlüklərindən danışır, kurslara qəbul barədə məlumat verir, eyni zamanda müxtəlif kombinasiyaları, gedişləri və strategiyaları sadə izahlarla təqdim edir. TikTok hesabında ən çox maraq doğuran paylaşımlarından biri şahmat oyununda qələbə qazanmaq üçün açılış mərhələsində tətbiq olunmalı strategiyaları izah etdiyi videodur. Onun TikTok hesabı həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyən şahmat həvəskarları üçün çox faydalıdır.
İnteraktiv dərslər və şahmat tarixindən maraqlı faktlar - @shabanov abdulla

Şahmat müəllimi Abdulla Şabanov izləyicilərini təkcə nəzəri biliklərlə deyil, interaktiv tapşırıqlarla da oyuna cəlb edir. Videolarında müxtəlif şahmat vəziyyətlərini təqdim edərək izləyicilərdən düzgün gedişi tapmağı xahiş edir. Bundan əlavə, dünya şahmat tarixində iz qoymuş məşhur şahmatçıların həyatı və maraqlı faktlar haqqında hazırladığı videolar hesabını daha da rəngarəng edir. TikTok hesabında ən çox diqqət çəkən videolarından biri rəqibi cəmi iki gedişə mat etməyin mümkün olduğunu nümayiş etdirdiyi paylaşımıdır.
Şəhriyar Məmmədyarovun adını daşıyan şahmat məktəbi - @mammadyarovschessclub

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun adını daşıyan şahmat məktəbinin TikTok hesabında həm maarifləndirici, həm də motivasiyaedici paylaşımlar yer alır. Burada şahmatın insan inkişafına verdiyi töhfələrdən bəhs olunur, müxtəlif turnirlərdən görüntülər paylaşılır, müəllimlərin oyuna dair tövsiyələri və şərhləri təqdim edilir. Tələbələrin şahmat oynadığı anları əks etdirən paylaşımlar izləyicilər tərəfindən maraqla qarşılanır. Hesab şahmat mühitini yaxından izləmək istəyənlər üçün maraqlı mənbədir.
17 illik təcrübəni qısa videolara sığdırır - @cahangirchess

17 illik məşqçilik təcrübəsinə malik Cahangir öz hesabında peşəkar biliklərini izləyicilərlə bölüşür. 2312 reytinqə sahib olan müəllim şahmat dərsləri, turnirlərdən maraqlı anlar, taktiki həllər və oyunun müxtəlif mərhələlərinə dair izahlı videolar paylaşır. Onun ən maraqlı videolarından biri şahmat oyununun son mərhələsində tətbiq oluna biləcək praktik fənd və strategiyaları paylaşdığı videodur. Onun hazırladığı məzmun həm peşəkar inkişaf, həm də gündəlik məşq üçün faydalıdır.
Mürəkkəb oyunu sadə dillə öyrədir - @sahmat_gunduz

"Dünyanın ən mürəkkəb oyununu ən sadə dildə izah edirəm" şüarı ilə fəaliyyət göstərən bu hesab sadə təqdimat tərzi ilə seçilir. Müəllim şahmatın əsas qaydalarını, fiqurların hərəkətlərini, açılışları və ilkin strategiyaları anlaşılan formada izah edir. Onun ən maraqlı videolarından biri şahmatda bloklama taktikasının necə tətbiq olunacağını addım-addım izah etdiyi videodur. Ən kiçik şagirdinin cəmi üç yaşında olması isə şahmatı öyrənməyə başlamaq üçün yaş məhdudiyyətinin olmadığını göstərir.
Şahmat illərdir insanların strateji düşüncəsini inkişaf etdirən ən məşhur intellektual oyunlardan biri hesab olunur. TikTok isə bu oyunu yeni auditoriyaya çatdıraraq onu daha əlçatan və maraqlı formata çevirir. Azərbaycanlı şahmat müəllimləri və kontent yaradıcıları hazırladıqları videolar vasitəsilə minlərlə istifadəçini bu oyunu öyrənməyə həvəsləndirir və göstərirlər ki, şahmatı öyrənmək üçün artıq sadəcə bir neçə dəqiqəlik videoya baxmaq kifayətdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 369   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA

Yetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətka

16 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr