Yaponlar isti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?
Yaponiyanın "SDRS" və "Trusco Nakayama" şirkətləri yüksək temperatur şəraitində çalışan insanların istidən qorunması üçün nəzərdə tutulmuş "Do Hiemon Box" adlı fərdi sərinlədici kabini təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb.
Qurğu xarici görünüşünə görə iri soyuducunu və ya satış avtomatını xatırladır və bir nəfərin daxil ola biləcəyi kabin şəklində hazırlanıb.
"Do Hiemon Box" ilk növbədə tikinti, zavod, anbar və digər yüksək temperaturun hökm sürdüyü iş yerlərində çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Kabin tam kondisioner sistemi quraşdırmadan bədənin temperaturunu qısa müddətdə aşağı salmağa imkan verir.
Kabinin daxilində temperatur təxminən 15 dərəcə Selsi səviyyəsində saxlanılır. İstifadəçi oturacağa əyləşdikdən sonra sistem baş, boyun, çiyin və bel nahiyəsinə təxminən 5 dərəcəlik sərin hava axını yönəldir. İstehsalçıların bildirdiyinə görə, sərinlədici təsir cəmi beş dəqiqədən sonra hiss olunur, on dəqiqəlik istifadə isə orqanizmin həddindən artıq qızması riskini azaltmağa kömək edir.
Qurğu üç iş rejimi ilə təchiz edilib və orqanizmin həddindən artıq soyumasının qarşısını almaq üçün 20 dəqiqədən sonra avtomatik söndürülür. Kabinin quraşdırılması mürəkkəb deyil, daşınması üçün təkərlərlə təchiz olunub və mobil kondisionerlərlə müqayisədə təxminən iki dəfə az enerji sərf edir.
Şirkətlər "Do Hiemon Box"un yalnız sənaye müəssisələrində deyil, həmçinin kütləvi tədbirlərdə, məktəblərdə, ticarət mərkəzlərində və soyutma sistemlərinə yüksək tələbat olan digər məkanlarda da istifadə olunacağını gözləyirlər.
Qurğunun satış qiyməti 1,5 milyon yendir. Bu da təxminən 16 min manata bərabərdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 725 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabrKörfəz dövlətləri ABŞ-ın etibarlılığını şübhə altına alır
Yaxın Şərqdəki münaqişə fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar. xəbər verir ki, ABŞ-ın münaqişəyə İsrail tərəfində girməsi, lakin nəticələrini aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqaləyə görə, Fars körfəz
15 sentyabr