"Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb" - DEPUTAT
"Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" Azərbaycan cəmiyyəti üçün əsl oyanış hərəkatı oldu. Müxtəlif tənəzzül və intibah dövrlərindən keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb:
"Təbii ki, bu inkişafdan ölkə mətbuatı da öz payını alıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımızın da yeni inkişaf mərhələsinə qədəm qoyduğunu desək, yanılmarıq.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet jurnalistikası sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin ayrılmaz bir hissəsinə çevirib.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, kütləvi informasiya vasitələrinə göstərilən dəstək, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mətbuata və media nümayəndələrinə göstərilən qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək Azərbaycanın böyük Zəfərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Azərbaycan mediası bu gün də artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət barədə məlumatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Ermənistanda böyük narahatlığa səbəb olan səfər