"Güclü media yalnız xəbərin daşıyıcısı deyil..." - Tural İsmayılov
"22 İyul - Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının zəngin ənənələrinin, peşəkar jurnalistikanın və cəmiyyət qarşısında daşıdığı böyük məsuliyyətin təcəssümüdür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün də dövlətçilik dəyərlərinin, milli maraqların və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm missiya yerinə yetirir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasınnda qeyd edib, müasir informasiya mühitində medianın üzərinə düşən vəzifələr daha da artıb:
"Dezinformasiyanın, informasiya manipulyasiyalarının və hibrid təhdidlərin geniş vüsət aldığı bir dövrdə peşəkarlıq, operativlik, obyektivlik və milli məsuliyyət jurnalistikanın əsas meyarları olaraq qalır. Güclü media yalnız xəbərin daşıyıcısı deyil, eyni zamanda cəmiyyətin maariflənməsinə, ictimai rəyin sağlam əsaslar üzərində formalaşmasına və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına töhfə verən strateji institutdur.
Son illərdə Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar, hüquqi bazanın təkmilləşdirilməsi və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi milli medianın institusional inkişafı üçün yeni imkanlar yaradıb. Bu proses peşə standartlarının yüksəldilməsinə, məsuliyyətli jurnalistikanın təşviqinə və informasiya məkanının daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edir.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, foto və videomüxbirləri, eləcə də informasiya sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektiv və prinsipial mövqe arzulayıram. Azərbaycan mediasının milli maraqların qorunması, həqiqətlərin dünyaya çatdırılması və peşəkar jurnalistika ənənələrinin inkişafı istiqamətində bundan sonra da əhəmiyyətli nailiyyətlər qazanacağına inanıram".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 377 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü
15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident
16 sentyabrÖlkəmizin sülh və həmrəylik çağırışı
Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql
16 sentyabrErmənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını
16 sentyabrAzərbaycan Prezidenti: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"
"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlha
15 sentyabrÖlkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir
30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild
16 sentyabrAvropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək
16 sentyabr