Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)
Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikada dəniz buzlarının azalmasının tempinin əhəmiyyətli dərəcədə zəiflədiyini qeyd edirdilər. Qlobal istiləşmənin davam etməsinə baxmayaraq, həmin dövrdə buz örtüyünün sahəsində kəskin azalma müşahidə olunmamışdı. Tədqiqatçılar bunu ərimə prosesini müvəqqəti ləngidən okean cərəyanlarındakı təbii dəyişikliklərlə əlaqələndirirdilər.
Lakin son peyk müşahidələrinin təhlili göstərib ki, bu fasilə artıq başa çatıb. Tədqiqatın aparıcı müəllifi, Sauthempton Universitetinin alimi Duo Çanın sözlərinə görə, 2020-ci illərin əvvəlində ərimənin dayanması kimi görünən proses əslində uzunmüddətli azalmanın qısamüddətli ləngiməsi olub.
Alimlərin diqqətini xüsusilə 2024-2025-ci illər arasındakı dövr cəlb edib. Bu müddətdə Arktikada dəniz buzlarının sahəsi 5,8 faiz azalıb. Bu göstərici peyk müşahidələrinin aparıldığı dövr ərzində qış mövsümündə qeydə alınan ən böyük illik azalma hesab olunur.
Tədqiqatçılar xatırladıblar ki, 1979-cu ildən etibarən aparılan müntəzəm peyk müşahidələrinə əsasən, sentyabr ayında - mövsümi minimum dövründə - Arktikada buz örtüyünün sahəsi təxminən iki dəfə azalıb.
Mütəxəssislərin fikrincə, qış buz örtüyünün azalması yalnız Arktikaya deyil, dünyanın digər bölgələrinə də təsir göstərir. Dəniz buzları nisbətən isti okeanla soyuq atmosfer arasında təbii maneə rolunu oynayır. Buzların azalması atmosferə daha çox istilik və rütubətin ötürülməsinə səbəb olur ki, bu da hava kütlələrinin dövranını, siklonların formalaşmasını və daha cənub bölgələrində hava şəraitini dəyişə bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, yeni nəticələr iqlim böhranının davam etdiyini bir daha təsdiqləyir. Onların sözlərinə görə, qısamüddətli sabitləşmə dövrləri vəziyyətin yaxşılaşdığı təəssüratı yaratsa da, uzunmüddətli tendensiya dəyişməz qalır və qlobal temperatur artdıqca Arktika buz itirməyə davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 586 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrSakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabr