İlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək
ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəyi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, iş adamı bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Maskın sözlərinə görə, süni intellekt tərəfindən yaradılan film tarixi dəqiqliyi qoruyacaq və yunan müəllifinin bədii ideyasına maksimum uyğun gələcək.
"Bu ilin sonuna qədər "Grok Imagine" tarixən dəqiq və Homerin sənətinə sadiq qalacaq "Odisseya" əsasında tammetrajlı film yaradacaq", - deyə o yazıb.
İyulun 6-da Mask Kristofer Nolanın "Odisseya"sının treylerini tənqid edib. Tesla və SpaceX-in rəhbəri rejissoru "Oskar" almaq üçün "sürünən" və əsərlərinə "vouk-siyasətə" (sosial ədalət ideyalarına) uyğun elementlər əlavə edən qurd adlandırıb. Sahibkar hesab edir ki, rejissor öz ekranlaşdırması ilə qədim yunan şairi Homeri təhqir edir.
Fevral ayında Mask iddia edirdi ki, Homerin sarışın adlandırdığı Troyalı Helen rolunu qaradərili aktrisa Lupita Nyonqonun canlandırması rejissorun mükafatlandırma mərasimlərində tanınmaq cəhdinin bir hissəsidir. İş adamı Nolanı dürüstlüyünü itirməkdə ittiham edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 391 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrMacarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını
13 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabr