Haaland Messi və Ronaldonu geridə qoydu
Dünya çempionatı təkcə meydandakı mübarizə ilə deyil, sosial mediada yaratdığı təsirlə də yadda qalıb. İspaniyanın çempionluğu ilə başa çatan turnirdə bəzi futbolçular kuboku qazana bilməsələr də, milyonlarla yeni izləyici qazanaraq,sosial şəbəkələrin qaliblərinə çevriliblər.
"Qafqazinfo" xəbər verir ki, "Front Office Sports"un hazırladığı reytinqə əsasən, DÇ zamanı instaqramda ən çox izləyici qazanan futbolçu Norveç millisinin hücumçusu Erlinq Haaland olub.
Norveçli ulduz turnir ərzində hesabına 32 milyon yeni izləyici əlavə edib. Haalandın meydandakı çıxışı ilə yanaşı, gündəlik həyatı ilə bağlı paylaşımları və yumoristik videoları da sosial mediada böyük maraq doğurub.
Reytinqdə ən böyük sürpriz isə Kabo-Verde millisinin qapıçısı Vozinya olub.
DÇ-yə cəmi 50 min izləyici ilə başlayan 40 yaşlı qapıçı turnirdən sonra təxminən 29 milyon yeni izləyici qazanıb. Vozinya ölkəsinin tarixində ilk dəfə iştirak etdiyi DÇ-də göstərdiyi möhtəşəm oyunla dünyanın diqqətini çəkib.
Qapıçı İspaniya ilə matçda komandasına kömək edib, 1/32 finalda isə Argentinaya qarşı görüşdə 18 seyv edərək, böyük rəğbət qazanıb.
Siyahıda üçüncü pilləni Kriştianu Ronaldo tutub. Portuqaliyalı ulduz turnir zamanı 22 milyon yeni izləyici əldə edib.
Cud Bellinqem 12 milyon artımla dördüncü, Neymar isə 8 milyon yeni izləyici ilə beşinci olub.
Finalda məyusluq yaşayan Lionel Messi isə ilk beşliyə düşə bilməyib. Argentina kapitanı turnir ərzində 7,5 milyon yeni izləyici qazanıb.
Beləliklə, DÇ-nin meydandakı ən böyük ulduzları ilə yanaşı, sosial mediada da yeni qəhrəmanları ortaya çıxıb. Kabo-Verdenin qapıçısı Vozinya isə turnirin ən gözlənilməz "rəqəmsal qalibi" kimi tarixə düşüb.


Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 493 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
7 sentyabr"Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı
"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü
6 sentyabrRonaldo və Messi eyni komandada oynayacaq - Rəsmi
Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera" stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib. "İkis
8 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabrMəhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb. xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydan
7 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr