Bu ölkədə temperatur 47 dərəcəyə çatacaq

Bu ölkədə temperatur 47 dərəcəyə çatacaqİspaniya yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır. Sinoptiklər ölkənin bəzi bölgələrində havanın temperaturunun 47 dərəcəyə qədər yüksələ biləcəyini bildirirlər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb.

Bildirilib ki, Afrikadan gələn isti və quru hava kütlələrinin yaratdığı "istilik günbəzi" təsiri ölkə boyunca həftə ərzində davam edəcək.

Proqnozlara əsasən, məşhur turizm şəhəri Malaqada temperaturun 45 dərəcəyə, ölkənin cənub bölgələrində 44 dərəcəyə, Kataloniyada isə 42 dərəcəyə çatacağı gözlənilir.

Şiddətli istilər meşə yanğınları riskini də artırıb. Bildirilir ki, təkcə bazar ertəsi günü ölkə ərazisində 26 min hektardan çox sahə yanaraq külə dönüb. Bedar yaxınlığında baş verən meşə yanğını nəticəsində isə 13 nəfər həyatını itirib.

Qeyd edək ki, İspaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur 2021-ci il avqustun 14-də Qvadalkvivir hövzəsində ölçülüb. Həmin gün termometrlər 47,6 dərəcə Selsi göstərib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1566   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı

ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il

13 sentyabr
.

Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib. "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib. Buna səbəb "Meta"nın AB

13 sentyabr
.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürüb

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək istiqamətində daha bir addım ataraq, yekun səsverməyə yol açan prosedur maneəsini aşıb. xəbər verir ki, müvafiq qətnamə 214 konqresmen tərəfindən səsə qoyulub, 211 nəfər əleyhinə çıxıb. Qanun layihəsi üzr

16 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13 sentyabr
.

ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır

ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu

14 sentyabr
.

Britaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb

Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya

16 sentyabr
.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15 sentyabr