Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)

Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərində inşa edilən "Jeddah Tower" hündürlüyü 1 kilometri keçən dünyanın ilk göydələni olacaq.

"Jeddah Tower" yaşayış mənzilləri, ofislər və müxtəlif xidmət sahələrini özündə birləşdirən "şaquli şəhər" konsepsiyası əsasında tikilir. Layihə üzrə nəzərdə tutulan 160 mərtəbədən 106-sı artıq tamamlanıb.

Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)Tikinti başa çatdıqdan sonra bina təkcə dünyanın ən hündür göydələni olmayacaq, həm də 640 metrdən çox yüksəklikdə yerləşəcək dünyanın ən hündür müşahidə meydançasına sahib olacaq. Buradan Qırmızı dənizə panoramik mənzərə açılacaq.

Göydələnin hündürlüyü artıq 420 metri keçib

Layihənin müəllifləri "Adrian Smith + Gordon Gill Architecture" (AS+GG) memarlıq bürosudur. Büroya rəhbərlik edən Adrian Smit hazırkı rekordçu Bürc Xəlifənin da memarıdır.

"Jeddah Tower" layihəsinə 59 lift və təxminən 530 min kvadratmetr faydalı sahə daxildir. Binada müasir kondisioner sistemləri və sərt iqlim şəraitinə uyğunlaşdırılmış, enerjiyə qənaət edən fasadlardan istifadə olunur.

Göydələnin tikintisinə 2013-cü ildə başlanılıb. Lakin layihə müxtəlif səbəblərdən bir neçə dəfə dayandırılıb ki, bu da onun başa çatdırılacağı ilə bağlı şübhələr yaradıb.

Dönüş nöqtəsi 2025-ci ildə baş verib. Həmin ildən tikinti işləri fasiləsiz davam etdirilir və bina sürətlə yüksəlir. Bir neçə ay əvvəl 100-cü mərtəbənin tamamlanması qeyd olunmuşdu.

Hazırda tikinti 106-cı mərtəbəyə çatıb və binanın hündürlüyü təxminən 426 metrə çatıb. Mütəxəssislər hesab edirlər ki, işlərin hazırkı tempi qorunarsa, yaxın aylarda göydələnin hündürlüyü 500 metri ötəcək.

Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)Şaquli şəhərlərin gələcəyi

"Jeddah Tower" gələcəyin şəhərsalma konsepsiyasının nümunələrindən biri hesab olunur.

Layihənin həmmüəllifi Qordon Gill "Arabian Business" nəşrinə müsahibəsində bildirib ki, gələcəkdə şəhərlər təkcə küçə səviyyəsində deyil, hava məkanında da fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, uçan taksilərin və pilotsuz uçuş aparatlarının geniş yayılması ilə bu cür hündür binalar hava nəqliyyatının əsas qovşaqlarından birinə çevriləcək.

Ciddədə inşa olunan bu nəhəng layihə Səudiyyə Ərəbistanının iqtisadiyyatın neftdən asılılığını azaltmağı hədəfləyən "Saudi Vision 2030" proqramının əsas layihələrindən biridir.

Şəhərin mərkəzində yerləşəcək "Jeddah Tower"in turizmin inkişafına, iqtisadi fəallığın artmasına və Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Göydələnin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1635   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

Britaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb

Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya

16 sentyabr
.

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. "Report"un xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. "MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarl

13 sentyabr
.

İslandiya balina ovunu birdəfəlik qadağan edə bilər

İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları

13 sentyabr
.

ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır

ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu

14 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13 sentyabr
.

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd

13 sentyabr
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13 sentyabr