Psixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?

Psixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?Süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb.

Qaynarinfo-nun məlumatına görə, amerikalı ekspert, fəlsəfə doktoru Cudit S. Bek tədqiqatçıların məlumatlarına istinad edərək "Psychology Today" üçün yazdığı məqalədə bildirib ki, psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün süni intellektdən (müxtəlif çat-botlardan, o cümlədən ChatGPT-dən) istifadənin həm üstünlükləri, həm də mənfi tərəfləri var.

Bununla belə, psixoloq alimlərə istinad edərək vurğulayıb ki, mənfi cəhətlər kifayət qədər ciddi olduğuna görə onlara ilk növbədə diqqət yetirmək lazımdır.

Niyə ChatGPT-dən psixoloq kimi istifadə etmək olmaz

Ekspert qeyd edib ki, ciddi psixi xəstəlik əlamətləri olan insanlar (məsələn, bipolyar pozuntu və ya şizofreniya) və özünə və ya başqalarına zərər vermək barədə düşüncələri olan şəxslər çat-botlardan istifadə etməməlidirlər.

Həddindən artıq və reallıqdan uzaq inanclara sahib insanlar tez-tez süni intellektin bu fikirləri gücləndirdiyini görə bilərlər. Bunun səbəbi isə onun əsas vəzifələrindən birinin istifadəçiyə uyğun cavab vermək olmasıdır.

Sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemləri olan istifadəçilər çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığını, hətta cinayət törətdiyini və ya intihar etdiyini bildiriblər. Buna görə də mütəxəssislər ChatGPT-nin psixoloqu tam əvəz edə bilməyəcəyini vurğulayırlar.

Alimlər qeyd ediblər ki, hətta psixi xəstəliyi olmayan insanlar üçün də çat-botlar zərərli ola bilər. Onlar istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi inanclarını gücləndirə bilər.

Bundan əlavə, istifadəçi süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarında həqiqi empatiya görməyə başlasa, onun reaksiyalarından asılı vəziyyətə düşə, digər insanlarla münasibətlər qurmaq və ya onları möhkəmləndirmək imkanını itirə bilər.

ChatGPT-dən psixoloq kimi istifadənin digər mənfi cəhətləri

* Çat-bot mürəkkəb və ya xroniki problemləri olan, eləcə də toksik münasibətlərdə olan insanlar üçün uyğun deyil. Belə şəxslərə kompleks müalicə planı lazımdır.
* Süni intellekt istifadəçinin davranışını və ya düşüncə tərzini kifayət qədər dərindən təhlil etməyə bilər. ChatGPT vəziyyəti hərtərəfli qiymətləndirə bilmədiyi üçün verdiyi məsləhətlər səhv ola bilər.
* Çat-botlar müalicə üsullarını konkret istifadəçinin problemlərinə uyğun şəkildə dəyişdirə bilmir. Həmçinin məxfilik və hüquqi məsuliyyət məsələləri də mövcuddur.

Bir çox insan düşünür ki, düzgün sorğu yazmaqla ChatGPT-ni psixoloqa çevirmək mümkündür. Lakin ekspertlərin fikrincə, çat-bota psixi sağlamlığı "yaxşılaşdırmaq" imkanı vermək bir sıra risklər yarada bilər.

Süni intellekt psixoloq kimi işləyə bilərmi?

Süni intellektdən istənilən vaxt istifadə etmək mümkün olsa da, onu tam hüquqlu psixoloq kimi qəbul etmək düzgün deyil. Sadalanan səbəblərlə yanaşı, daha bir problem mövcuddur: ChatGPT ilə söhbətin guya tam anonim olması yalnız təsəvvürdür.

Psixoloqun sözlərinə görə, çat-botlara aşağıdakı kimi sadə tapşırıqları etibar etmək daha təhlükəsizdir:

* günün planını strukturlaşdırmağa kömək etmək;
* mövcud resursları müəyyənləşdirmək;
* gündəlik vərdişləri izləmək.

Bundan əlavə, süni intellektdən ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün də istifadə etmək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1046   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr