Aygün Bəylərin bacısı soyadını dəyişdi
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova şəxsi həyatı ilə bağlı diqqət çəkən qərarını açıqlayıb.
Milli.Az-ın məlumatına görə, o, "Qonaqcanlı" verilişində bildirib ki, bundan sonra sənət fəaliyyətini Zümrüd Aygün adı ilə davam etdirəcək.
Onun sözlərinə görə, bu addımı bacısının xatirəsini yaşatmaq məqsədilə atıb. Zümrüd qeyd edib ki, Aygün Bəylər sağlığında da ona bu barədə tövsiyə verib, lakin o zaman bununla razılaşmayıb.
"Onun mahnılarını yaşatdığım kimi, adını da yaşatmaq istəyirəm. Sağlığında bunu mənə deyirdi. Mən isə qəbul etmirdim. Düşünürdüm ki, yanımda olması mənim üçün kifayətdir", - deyə o bildirib.
İfaçı əlavə edib ki, yeni səhnə adını seçməkdə əsas məqsədi Aygün Bəylərin sənətini və adını gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə Türkiyədə xərçəng xəstəliyindən vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrRöya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
4 sentyabrVəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub
5 sentyabr77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrİllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"
9 sentyabrEmin oğulları ilə (FOTO)
Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılla çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Müğənni paylaşımına "Mənim dəstəyim" qısa şərhini yazıb. Qeyd edək ki, Eminin daha iki qızı var
25 avqust"Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13 sentyabrMaykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib
3 sentyabr