Daşbulaq kənd orta məktəbi bağlanır? - Açıqlama

Daşbulaq kənd orta məktəbi bağlanır? - Açıqlama"Elm və Təhsil Nazirliyi daha bir kənddə şagird sayı az olduğunu əsas gətirərək məktəbi bağlamaq istəyir. Bu, mənim babalarımın, nənələrimin yaşadığı Şəkinin Daşbulaq kənd orta məktəbidir. Bildirilib ki, şagirdlər distant təhsilə keçiriləcək".

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Zülfiyyə Quluyeva sosial şəbəkə hesabında bildirib.

O, kənddə bir sıra problemlərin olduğunu da qeyd edib:

"İşsizlikdən onsuz da adam qalmayıb. Kənd sakinləri illərdir su problemi yaşayırlar. Amma bunlara rəğmən insanlar o kəndi tam tərk etmir. Çünki, onları o kəndə bağlayan çox mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar, kənd tamamilə boşalacaq. Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb. İndi bu say 29 nəfərə düşüb. Kəndə 400 min manata büdcədən pul xərcləyib 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əməkhaqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?"

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Bildiririk ki, 2026-2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.

Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur".
Daşbulaq kənd orta məktəbi bağlanır? - AçıqlamaDaşbulaq kənd orta məktəbi bağlanır? - AçıqlamaDaşbulaq kənd orta məktəbi bağlanır? - Açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 514   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi

Zərdabda bir həftə əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova da dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı "KIA" markal

15 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr