Şakira həmin uşaqlarla səmimi görüntülərini paylaşdı - Video
Dünyaşöhrətli müğənni Şakira instagram hesabında Uqandadan olan "Ghetto Kids" rəqs qrupunun üzvləri ilə görüşündən video paylaşıb.
"Qafqazinfo"nun xəbərinə görə, müğənni bildirib ki, uşaqların enerjisi, sevgisi və istedadı ona böyük ilham verib
"Onlar bizə sevinc və sevgilərini bəxş etdilər. İstedadları ilə xatırlatdılar ki, dünyada onlar kimi unudulmuş, kəşf olunmağı və öz potensialını göstərmək üçün bir fürsət gözləyən çoxlu uşaq var", - o yazıb.
Şakira paylaşımında hökumətlərə, iş adamlarına və mütəxəssislərə də çağırış edərək uşaqlara investisiya qoymağın vacibliyini vurğulayıb: "Hökumətlərimiz, iş adamlarımız və mütəxəssislərimiz üçün uşaqlara investisiya qoymaqdan daha təcili nə ola bilər? Dünyadakı bütün uşaqların bərabər imkanlar əldə etməsi üçün nə baş verməlidir?"
Müğənni sözlərini uşaqlara təşəkkür etməklə tamamlayıb: "Bu sualları bizə düşündürdükləri və həyatımızı öz sehrləri ilə dəyişdirdikləri üçün "Ghetto Kids"ə təşəkkür edirəm".
Qeyd edək ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər "Triplets Ghetto Kids" adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda "Ghetto Kids" dünyaşöhrətli müğənni Şakiranın "Burna Boy" ilə ifa etdiyi "Dai Dai" mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.
Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 359 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrSakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrKanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabr