"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür"
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BiG.AZ-ın məlumatına görə, media qurumundan "Qafqazinfo"ya bildirilib ki, bəhs olunan 140 min 313,06 ABŞdolları məbləğində borc 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dollarıməbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb.
"Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilib.
Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir. Bu idarəçilik nəticəsində maliyyə intizamı pozulmuş, strateji inkişaf zəifləyib.
Bundan başqa, kanalın maddi-texniki bazası faktiki olaraq iflic vəziyyətinə salınıb. Balansda olan 24 xidməti avtomobildən cəmi 2-si işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi illərlə həyata keçirilməyib, studiyalar baxımsız saxlanılıb, kanalın texniki infrastrukturu müasir televiziya tələblərindən geri qalıb.
Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaq" deyə, kanaldan bildirilib.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir:
"Hazırda kanalda genişmiqyaslı islahat proqramı həyata keçirilir. Qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara qaytarılıb, yeni pavilyonlar qurulub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılmış, yeni sənədli və televiziya filmləri və xüsusi televiziya buraxılışları hazırlanıb, onlarla peşəkar kadr işə götürülüb. Eyni zamanda kanalın inzibati binasında və həyətində əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülmüş, müasir LED sistemləri və monitorlar quraşdırılıb".
Qeyd edilib ki, hazırda "Space TV" proqram siyasətini tamamilə yenidən formalaşdırır. Sentyabr ayından etibarən tamaşaçılar yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları ilə qarşılaşacaqlar:
"Məqsədimiz Space TV-ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə buraxılmış ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirməkdir.
"Space TV" əmindir ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlər qanun çərçivəsində həll olunacaq, aparılan islahatlar isə kanalın inkişafını təmin edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
Ermənistanda böyük narahatlığa səbəb olan səfər