Cennifer Lopesin sözləri sosial şəbəkədə ciddi müzakirə yaratdı
Hollivud ulduzu Cennifer Lopesin səhnədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər ifaçının münasibətlər və həqiqi dəyərlərlə bağlı emosional monoloquna xüsusi diqqət yetiriblər. Onun çıxışı birmənalı qarşılanmayıb: bir qrup istifadəçi ulduzun fikirlərini dəstəkləsə də, digərləri onu kəskin tənqid ediblər.
Oxu.Az-ın "Starhit" nəşrinə istinadən verdiyi məlumata görə, Lopes çıxışı zamanı pərəstişkarlarına münasibətlərdə əsl dəyərlər barədə düşüncələrini bölüşüb. Müğənni bildirib ki, kişinin cəlbediciliyi onun maddi imkanı və ya sosial statusu ilə deyil, gündəlik həyatda göstərdiyi qayğı və diqqətlə ölçülür.
"Bilirsinizmi, bir kişini həqiqətən cəlbedici edən nədir? Bu, nə bahalı saatdır, nə avtomobil, nə də şəxsi təyyarə. Bunların hamısı gözəldir. Amma kişi səhər oyanıb yatağı yığırsa, sən yorğun olanda axşam qabları yuyursa, məhz o zaman seksual görünür. Əsl cazibə budur. Axı qızlar, siz də bilirsiniz ki, biz hər işin öhdəsindən özümüz gəlirik", - deyə Cennifer Lopes bildirib.
Sözügedən çıxışın videosu yayımlandıqdan sonra sosial platformalarda qızğın müzakirələr başlayıb. İstifadəçilərin bir qismi müğənninin fikirlərini məntiqli hesab edərək onu dəstəkləyib. Digərləri isə Ben Afflekin Lopeslə birlikdə olduğu dövrdə ev işləri görüb-görmədiyini sual edərək müğənninin səmimiliyini şübhə altına alıblar.
Bəzi sosial şəbəkə istifadəçiləri isə milyonlarla dollar sərvəti olan ulduzun gündəlik məişət qayğıları barədə danışmasının inandırıcı görünmədiyini bildiriblər. Beləliklə, Cennifer Lopesin çıxışı sosial şəbəkə istifadəçilərini iki fərqli mövqeyə bölüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi
Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə
6 sentyabr 2021Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR
Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b
9 sentyabr 2021Kənan MM-ə AĞIR İTKİ - FOTO
Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb
7 sentyabr 2021Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara
18 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Röya Ayxanın oğlu əməliyyat olundu
Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları
13 sentyabr 2021