İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏRYaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bu ilin aprel ayından qüvvəyə minən yeni təsnifata əsasən, 40 dərəcə selsidən yuxarı temperatur qeydə alınan günlər "kokuşobi", yəni "amansız isti gün" kimi qiymətləndirilir.

Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində termometrlər 40 dərəcəni keçərək tarixi rekordları yeniləyib.

Ölkə üzrə fəaliyyət göstərən meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda temperatur 35 dərəcədən yuxarı qalxıb. Həddindən artıq istilər nəticəsində Niiqata və Kanaqava şəhərlərində ölüm halları da qeydə alınıb.

İsti hava dalğası Yaponiyada gündəlik həyata, kənd təsərrüfatına və idman sahəsinə ciddi təsir göstərir. Bildirilir ki, yüksək temperatur düyü istehsalını azaldır. Bu səbəbdən fermerlər istiliyə daha davamlı məhsullara və avokado kimi qeyri-ənənəvi bitkilərin becərilməsinə üstünlük verməyə başlayıblar.

Ölkənin ən məşhur idman tədbirlərindən biri olan milli məktəbli beysbol çempionatının proqramında da dəyişiklik edilib. Yarışlar iştirakçıların sağlamlığını qorumaq məqsədilə səhər və axşam saatlarında keçirilir.

Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, qarşıdakı onilliklərdə məktəblərdə açıq havada keçirilən idman növləri tamamilə mümkünsüz hala gələ bilər.

Həddindən artıq istilər iş həyatına da təsirsiz ötüşməyib. Elektrik enerjisinə qənaət etmək məqsədilə həyata keçirilən "Cool Biz" proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha rahat geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Ənənəvi kostyum və qalstuk yerini getdikcə şort, polo köynək və idman ayaqqabılarına verir.

Bildirilir ki, iqlim dəyişikliyi Yaponiyada təkcə hava şəraitini deyil, həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrini köklü şəkildə dəyişməyə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2513   Tarix: 25 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne

15 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Milli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə

"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn

16 sentyabr