Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib

Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyibSumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "Unikal"a istinadla xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində Aynur Rzayevanın anası 1983-cü il təvəllüdlü N.Abdurahmanovu bağışlamayıb. O bildirib ki, qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və ağır kateqoriyalı cinayət işlərinə baxıb. Hüquqi varisin iddiasına görə, bu hadisənin onun baxdığı cinayət işləri ilə əlaqəli ola bilmə ehtimalı araşdırılmayıb.

Bundan başqa, Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən bir milyon manat təzminat istəyib. Bunun 30 000 manatı qəza zamanı yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə, 700 000 manatı Aynur Rzayevanın 2016-cı il və 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün, 270 000 manatı isə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq tələb edilib.

Məhkəmə hesab edib ki, 700 000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia təmin edilə bilməz.

Belə ki, Mülki Məcəllənin ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tənzimləyən normalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ailə başçısının ölümü nəticəsində təminat mənbəyini itirmiş şəxslərə məxsusdur.

Yəni, belə hallarda hüququn subyekti mərhumun himayəsində olmuş və qanunla təminat almaq hüququna malik şəxslərdir.

Azyaşlı uşaqlar həmin hüququn daşıyıcıları olsalar da, bu hüquqlarını müstəqil həyata keçirə bilmədiklərindən onların hüquq və qanunla qorunan mənafeləri qanuni nümayəndələri tərəfindən müdafiə edilir.

Bununla yanaşı, məhkəmə hesab edib ki, iddiada tələb olunan 270 000 manat məbləğində mənəvi zərər mülki cavabdehin maddi imkanları ilə obyektiv surətdə uzlaşmır. Məhkəmə təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün hallarını, o cümlədən cavabdehin maddi durumunu, adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyətini nəzərə alaraq o qənatə gəlib ki, mülki iddia bu hissədə qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə 20 000 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçıya ödənilməlidir.

Qəzada yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə isə təqsirləndirilən şəxsdən 1 701 manatın tutulmasına qərar verilib. Ümumilikdə qəzaya səbəb olan Abdurahmanov qarşı tərəfə 21 701 manat ödəməli olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Sumqayıt-Pirşağı avtomobil yolunda baş verən qəza zamanı Abdurahmanovun idarə etdiyi "Samand Soren" markalı avtomobil içərisində sərnişin kimi əyləşmiş hakim Aynur Rzayevanın olduğu "Nissan Sunny" ilə toqquşub. Hadisə nəticəsində Aynur Rzayevanın sürücüsü ağır yaralanıb, hakim isə həyatını itirib.

Onu da bildirək ki, Aynur Rzayevanın sürücüsü də təqsirləndirilən şəxsdən şikayətçi olub. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, himayəsində iki övladının olmasını, valideynlərini itirmiş bir uşağı da himayəyə götürdüyünü, eyni zamanda yaşlı ata və anasına da özünün baxdığını bildirib və qeyd olunan halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Xatırladaq ki, Aynur Rzayeva şəhid övladı olub. Onun atası Tapdıq Köçəri oğlu Rzayev Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhidlik zirvəsinə ucalıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 558   Tarix: 25 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021