İran XİN-dən beynəlxalq çağırış: "Xəzərdəki hücuma səssiz qalmayın"
İranın xarici işlər naziri Abbas Əraqçı Avropa İttifaqını (Aİ) və BMT-ni Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücuma qəti reaksiya verməyə çağırıb.
Oxu.Az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı zamanı bildirib.
Əraqçı hücuma görə məsuliyyət daşıyan şəxslərin və onları dəstəkləyənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. O həmçinin BMT Təhlükəsizlik Şurası, Aİ və beynəlxalq ictimaiyyət tərəfindən hadisəyə qətiyyətli cavab verilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı Əraqçı və Kallas İranla ABŞ arasında baş vermiş hərbi əməliyyatlardan sonra Fars körfəzi və Hörmüz boğazındakı vəziyyəti də müzakirə ediblər. Tərəflər regionda gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin vacibliyini bildiriblər.
* Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
Xatırladaq ki, ötən gün Tehran Ukrayna Silahlı Qüvvələrini İranın ticarət gəmisinə hücum etməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, zərbə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb.
İran XİN Kiyevi beynəlxalq hüququ pozmaqda və münaqişəni gərginləşdirməkdə ittiham etsə də, gəminin adını və insidentin digər təfərrüatlarını açıqlamayıb. Nazirlik bildirib ki, "İslam Respublikası öz vətəndaşlarının həyatına və əmlakına qəsd edilməsini cavabsız qoymayacaq". Qurum bəyan edib ki, İran milli təhlükəsizliyini və ölkənin maraqlarını qorumaqda qətiyyətlidir.
İnsidentdən sonra İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. XİN baş verənləri "düşməncəsinə və cinayətkar akt" kimi qiymətləndirdiyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 513 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrSi Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabrHörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrRusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabr