Dənizdə 4 nəfər batdı - 1-i öldü

Dənizdə 4 nəfər batdı - 1-i öldüBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliya, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas edilib.

Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 556   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25 iyul
.

"Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir"

"İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti il

27 iyul
.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqda saxlamadığını

27 iyul
.

Məhərrəmlik nə vaxt bitir? - TARİX AÇIQLANDI

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar. Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxın

25 iyul
.

Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmi

25 iyul
.

Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"

Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir. "Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlı

26 iyul
.

Küləkli havaya görə dənizdə dalğa artacaq

Abşeron çimərliklərində iyulun 28-də arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

27 iyul
.

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Onun yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib. Bu xəbə

27 iyul
.

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummill

27 iyul