""Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"

""Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"Xəbər verdiyimiz kimi, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyeva (Arzum) ev dustaqlığına buraxılıb.

Axşam.az-ın məlumatına görə, ona sosial şəbəkəyə girmək, telefondan istifadə etmək qadağası qoyulub.

Tiktokerin köməkçisi sosial şəbəkədə canlı yayımda onun durumunu açıqlayıb. O bildirib ki, "Arzum" gecələr yata bilmir:

"Bütün günü düz baxır. Deyir, beynim sönmür, yata bilmirəm. Təcili yardım çağırdıq, iynə vurdular. Ondan sonra bir az yatıb".

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Bu gün isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 132   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli havaya görə dənizdə dalğa artacaq

Abşeron çimərliklərində iyulun 28-də arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

27 iyul
.

İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən təbrik məktubunun mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Maldiv Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınız

26 iyul
.

Yeni əlifbanın tətbiqi müstəqil ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir

Məşhur pedaqoq, mütəfəkkir Konstantin Uşinskinin belə bir deyimi var: "Bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al". Bəli, Dil xalqın varlığını əks etdirən əsas sərvətidir. Onun keçmişi, bu günü və gələcəyidir. Dil bizim tariximiz, mənəviyyatımız, mədəniyyətimizdir

27 iyul
.

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrini

27 iyul
.

Bakıda və Abşeron yarımadasında temperatur enəcək

Sabah Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında xəzri küləyi əsəcək, maksimal temperaturun 32-35 dərəcə isti olacağı gözlənilir

26 iyul
.

Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ

"Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcəyi təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarında

27 iyul
.

Bakı havasındakı tozun səbəbi - Açıqlandı

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır". xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. "Havada müşahid

27 iyul
.

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında

25 iyul
.

"Gənclik"dəki iki park birləşdirilir - Yeni fotolar

Metronun "Gənclik" stansiyasının yaxınlığında iki böyük piyada məkanı olan "Atatürk" və "Antena" parklarını birləşdirəcək layihə üzrə işlər davam edir. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə parkdakı fəaliyyəti əks etdirən yeni görüntülər yayılıb. Qey

27 iyul