"Ağız qoxusunun əsas səbəbi həmişə mədə deyil" - AÇIQLAMA
"Ağızdan gələn xoşagəlməz qoxu (halitoz) əksər hallarda düşünüldüyü kimi mədə problemlərindən deyil, ağız boşluğunda baş verən proseslərdən qaynaqlanır".
Bunu Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, ağız qoxusunun yaranmasının əsas səbəbi ağız suyunun azalmasıdır:
"Gecələr ağız suyu ifrazı kəskin azaldığı üçün səhərlər ağızdan gələn qoxu normal hal hesab olunur. Ağız boşluğunda yaşayan bakteriyalar qida qalıqlarındakı zülalları parçalayaraq kükürd və metilmerkaptan kimi üfunətli qazlar ifraz edir. Ağız suyu isə tərkibindəki oksigen sayəsində bu bakteriyaların çoxalmasının qarşısını alır.
Həyəcan, aclıq, uzun müddət danışmaq, ağızdan nəfəs almaq, stress və yaşın artması da ağız quruluğunu artıraraq ağız qoxusuna səbəb ola bilər.
Ağız qoxusunun ən geniş yayılmış səbəblərindən biri dilin üst səthində və diş ərpi altında toplanan bakteriyalardır. Buna görə yalnız dişləri deyil, dilin üst səthini, damağı və yanaqların daxili hissəsini də təmizləmək vacibdir. Dil çəhrayı rəngdə olmalıdır. Ağ ərp isə həmin nahiyədə milyonlarla bakteriyanın toplandığını göstərir.
Tərkibində spirt olan ağız yaxalayıcıları ağız boşluğunu quruda bildiyi üçün qoxunu daha da artıra bilər. Bu səbəbdən xlorheksidin tərkibli məhlullara üstünlük verilməsi daha məqsədəuyğundur.
Ağız qoxusunun qarşısını almaq üçün bol su qəbul etmək, şəkərsiz saqqız çeynəmək, ağız boşluğunun gigiyenasına diqqət yetirmək tövsiyə olunur. Duzlu su ilə qarqara etmək də bakteriyaların azalmasına və iltihabın qarşısının alınmasına kömək edə bilər.
Bəzi hallarda ağız qoxusu diafraqmal yırtıq, tənəffüs yollarının infeksiyaları, ağız quruluğu yaradan dərman preparatları, sərt pəhrizlər və hormonal dəyişikliklərlə də əlaqəli olur. Buna görə uzun müddət davam edən ağız qoxusu olduqda səbəb mütləq araşdırılmalı və həkim müayinəsindən keçilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1705 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər
15 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrSabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy
15 sentyabr