"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?

"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib.

İddia olunur ki, son iki ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur.

Hətta hər 5 botoks etdirən şəxsdən 3-nün zəhərlənməyə məruz qaldığı iddia olunur. Bəzi kosmetoloqların zəhərlənmələrdən sonra botoks prosedurlarının tətbiqini dayandırdığı deyilir.

Ceyran adlı bloqer sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib: "Danışanda təngnəfəs oluram. Qolumu aşağı sala bilmirəm, funksiyasını itirib. Barmaqlarım tərpənir, amma qolum halsızdır.
Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stresdən yata bilmirəm. Boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz..."

Bəs bu preparatların ölkəyə gətirilməsinə nəzarət olunurmu? Sözügedən preparatlar partiyası yoxlanılıbmı, tələblərə cavab verirmi? İctimailəşən zəhərlənmə faktları araşdırılıbmı?

Bu suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət etdik.

"Araşdırma aparılması üçün vətəndaşın bizə birbaşa müraciət etməsi lazımdır. Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür", - Mərkəzə ünvanladığımız sorğunun cavabında bildirilib.

"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi tərəfindən bəzi özəl tibb müəssisələrində "Botulinum toksini" (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğuna dair məlumat yayılmışdı. Bildirilirdi ki, bütün dərman və tibb vasitələr (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər.

Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır: "Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1386   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

Milli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə

"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn

16 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

15 sentyabr