Uşaqlar niyə kobud davranır? - AÇIQLAMA
Uşaqlarda kobudluq çox vaxt pis tərbiyənin göstəricisi deyil. Bu, azyaşlının daxili narahatlığından və böyüklərlə münasibətlərindəki problemlərdən xəbər verən bir siqnaldır. Belə davranışlar stres və ya keçid dövrü ilə bağlı ola bilər, bəzən isə uşaqlar sadəcə böyükləri təqlid edirlər.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Moskva Təhsil və Elm Departamentinə tabe olan Şəhər Psixoloji-Pedaqoji Mərkəzinin mütəxəssisi İrina Loxmatova Gazeta.ru-ya açıqlamasında bildirib.
"Uşağın kobudluğu və ya nəzakətsizliyi çox vaxt yaş böhranları - xüsusilə 3, 7 yaş dövrü və ya yeniyetməlik mərhələsi ilə bağlı olur. Bu dövrlərdə uşaq həmyaşıdları və ya valideynləri ilə münasibətlərdə yarana biləcək çətinliklərə, eləcə də dərslərdəki uğursuzluqlara daha həssas yanaşır. Unutmaq olmaz ki, uşaq orqanizmi inkişaf mərhələsindədir və onlar psixoloji gərginliyi hər zaman təkbaşına, sakit şəkildə dəf edə bilmirlər. Nəticədə, böyüklərlə sərt rəftar etmək meyli yaranır. Onlar bəzən bu davranışı dayandırmaq istəsələr də, bunu necə edəcəklərini bilmirlər", - deyə mütəxəssis vurğulayır.
İ.Loxmatova uşağın pis davranışının digər səbəbi kimi böyüklərin davranışlarını təqlid etməyini göstərir.
"Bu cür böhran halları valideynlərin tərbiyədəki qüsuru kimi qiymətləndirilməməlidir, çünki bu, inkişafın təbii mərhələsidir. Kənardan "nəzarətsizlik" təsiri bağışlayan hallar əslində daxili inamsızlığın təzahürüdür: azyaşlı əvvəlki qaydaların onu sıxdığını dərk edir, lakin yeni şəraitə necə uyğunlaşacağını hələ bilmir", - deyə psixoloq bildirib.
Mütəxəssis tövsiyyə edir ki, belə vəziyyətlərdə uşağın üstünə qışqırmaqdan, onu cəzalandırmaqdan və ya nəyisə qadağan etməklə hədələməkdən çəkinmək lazımdır. Həmçinin onun yorğunluğunu görməzdən gəlmək və ya göstərdiyi sərtliyə görə ondan incimək yanlışdır. Davranışlarda sabitlik mühüm şərtdir: əgər ana bir gün övladını kəskin sözünə görə cəzalandırır, digər gün eyni hərəkətə gülümsəyir, növbəti gün isə özü sərt cavab verirsə, bu zaman uşaq düzgün istiqaməti müəyyən edə bilmir.
"Ən yaxşı çıxış yolu səmimi söhbətlərə və ortaq məşğuliyyətlərə vaxt ayırmaq, bir-birini dinləməyi bacarmaqdır. Bu cür yanaşma mənəvi bağı möhkəmləndirir və uşaqda təhlükəsizlik hissəsini formalaşdırır. Təkcə xasiyyəti dəyişdirməyə çalışmaq deyil, onu yaradan səbəbləri dərk etmək əsas şərtdir", - deyə İ.Loxmatova bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 441 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabrBugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabrMilli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə
"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn
16 sentyabr