Salyanda kişi ov tüfəngi ilə vuruldu: Qohumu saxlanıldı - ŞOK DETALLAR - VİDEO
Ötən gecə Salyan rayonunun Qardili kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Sonxeber.az APA TV-yə istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində yeznənin qaynını ov tüfəngindən atəş açaraq qətlə yetirdiyi iddia olunur.
Qətl gecə saat 3 radələrində qeydə alınıb. Belə ki, rayonun Şəkərli kənd sakini, sərxoş vəziyyətdə olan 1966-cı il təvəllüdlü Natiq Sadıqovun ov tüfəngi ilə qaynı 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində qətlə yetirdiyi bildirilir.
"Gecə idi yatmışdıq. Gördüm ki, bir dənə "Ford" gəlib qapının ağzına, yeznəmin maşını idi. Oğlum durdu ayağa, getdi açdı qapını. Maşını saxlayan kimi silahı götürdü əlinə. Uşaq ayaqyolunun qapısından içəri girmək istəyəndə onu vurdu. Yıxıldı qapının ağzına, öldü. Ürəyinin başından vurdu. Ayağına, qoluna vursa idi, heç olmasa salamat qalardı. Dörd uşağı qaldı. Yoldaşı da ölüb", - deyə mərhumun anası bildirib.
09:04
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Lətifovu güllələməkdə şübhəli bilinən keçmiş qayınatası - 1966-cı il təvəllüdlü Natiq Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb. N.Sadıqovun hadisə vaxtı sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 522 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrİcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15 sentyabr