Avqustda bəzi günlərdə temperatur 41 dərəcəyə çatacaq

Avqustda bəzi günlərdə temperatur 41 dərəcəyə çatacaqAvqust ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 26-28°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 27-29°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturu 22-25°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 34-38°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 26-55 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 35-38°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 15-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 25-28°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-27 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 23-27°C isti olması ehtimalı var ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 37-39°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 27-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 6-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 24-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 38°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 13-83 mm).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr