"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı" (VİDEO)
Xalq artisti Cahangir Novruzov mərhum anası, Xalq artisti Nəsibə Zeynalova ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Qaynarinfo xəbər verir ki, aktyor "Baku TV"yə açıqlamasında anası ilə yaşadığı mübahisədən danışıb. C.Novruzov bildirib ki, teatra getmək qərarı verəndə anası onun üçün heç kimdən xahiş etməyəcəyini deyib:
"Teatra gedəndə heç kim mənim anamın Nəsibə Zeynalova olduğunu bilmirdi. Anamla güclü mübahisəm olmuşdu. Teatra getmək istəyəndə dedi ki, get hüquqa və ya başqa yerə. Mən də dedim ki, adam tutan olmaq istəmirəm, teatra gedəcəyəm. Dedi ki, mən sənin üçün xahiş etməyəcəyəm, get özün et. Mən də cavab verdim ki, səndən xahiş etdim ki, kiməsə nəsə deyəsən?".
Aktyor qeyd edib ki, bu söhbətdən sonra anası ilə münasibətləri bir müddət soyuq olub:
"Evdə mübahisəmiz oldu. Anam yüksək tonla danışdı. Bir ildən çox mənimlə soyuq davrandı. Hətta teatra qəbulu qazanandan sonra da..."
Cahangir Novruzovun sözlərinə görə, münasibətləri "Çimnaz xanım yuxudadır" tamaşasından sonra düzəlib. O bildirib ki, həmin tamaşada ona baş rol verilib və anası xəbərsiz şəkildə gəlib tamaşaya baxıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 524 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabr