"Sağlam sərhəd yalnız "olmaz" deməklə kifayətlənmir" - PSİXOLOQ
"Psixologiyada sərhədlər və qadağalar anlayışları var. Bunlar çox zaman bir-biri ilə qarışdırılır. Sərhədlər uşağa təhlükəsizlik hissi verir, xarakter formalaşdırır. Həddindən artıq qadağalar isə uşağın şəxsiyyətinin inkişafını məhdudlaşdıra bilər".
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, qadağalarla böyüyən uşaqlar zamanla qərar verməkdə, özünə güvənməkdə çətinlik çəkə, hər hansı bir işdə təşəbbüs göstərməkdən çəkinə və ya səhv etmək qorxusu yaşaya bilərlər:
"Çünki belə uşaqlarda özünəinamın aşağı olması, daim başqalarının təsdiqini gözləmək kimi xüsusiyyətlər formalaşa bilir.
Hətta qadağalar tətbiq edilərkən valideyn-övlad münasibətləri də zədələnə bilər və yeniyetməlik dövründə uşaqlar qaydalara qarşı aqressiv və ya üsyankar davranışlar nümayiş etdirə bilərlər.
Adətən valideynlər qadağa qoyarkən uşağın təhlükəsizliyindən çox, öz rahatlıqlarını düşünürlər. Çünki qadağa bizim cəmiyyətdə bir növ izahat, dinləmə və anlayış tələb etməyən, "böyük nə dedisə, o doğrudur" prinsipi ilə işləyir.
Psixoloji baxımdan isə ən sağlam yanaşma "sərhəd" anlayışıdır. Sərhəd uşağın şəxsiyyətinə hörmət edən davranış çərçivəsidir və onu qoruyur. Qadağa isə səbəbi izah edilməyən məhdudiyyət yaradır.
Sağlam sərhəd yalnız "olmaz" deməklə kifayətlənmir. Səbəb izah olunur, uşağın emosional vəziyyəti, hüquqları, yaşı və inkişaf xüsusiyyətləri nəzərə alınır ki, o, qaydalara qorxudan deyil, məsuliyyət hissi ilə əməl etməyi öyrənsin.
Valideynlərin əsas problemi sərt nəzarətlə tam sərbəstlik arasındakı tarazlığı qoruya bilməmələridir. Çünki valideynlik özü də bir peşədir və öyrənilməsi vacib olan, psixoloji savad tələb edən böyük bir məsuliyyətdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video