Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
I ixtisas qrupu üzrə 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, I ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir. 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər. 400-500 bal aralığında da keçid ballarının təxminən 5 bal enəcəyi proqnozlaşdırılır.
Bunun əksinə olaraq, 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər.
Onun sözlərinə görə, II ixtisas qrupu üzrə demək olar ki, bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır:
"Bu azalma əsasən 1-3 bal arasında dəyişə bilər. 300-400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür. Lakin 200-300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3-4 ballıq artım gözlənilir".
DİM sədri bildirib ki, III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3-4 bal azalması mümkündür:
"Ancaq 500-600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3-4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400-500, 300-400 və 200-300 bal intervallarında da keçid ballarının təxminən 1-8 bal artacağı proqnozlaşdırılır".
Məleykə Abbaszadə əlavə edib ki, IV ixtisas qrupu üzrə isə müsabiqə vəziyyəti daha gərgindir:
"Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15-17 bala qədər artacağı gözlənilir.
Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500-600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400-500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200-300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video