Azərbaycanın iki şəhərinə METRO ÇƏKİLƏCƏK - TARİX AÇIQLANDI
Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bir çox layihələr üzrə dəqiq açılış tarixləri hələ də açıqlanmır. Xüsusilə Xırdalan sakinləri uzun müddətdir metro xəttinin onların yaşadığı əraziyə çatdırılmasını gözləyir.
Bəs yeni metro xətlərinin tikintisi və istifadəyə verilməsi niyə gecikir? Sumqayıt və Xırdalan istiqamətində nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı metro xətlərinin çəkilməsi asan proses olmadığını bildirib.
"Bu, aylarla deyil, əksər hallarda illərlə davam edən mürəkkəb infrastruktur layihəsidir. Ancaq bu, görüləcək işlərin plansız və qeyri-müəyyən şəkildə həyata keçirilməsi anlamına gəlməməlidir. Məsələyə ciddi yanaşılmalı, dəqiq plan hazırlanmalıdır. Hansı tarixdə tikintiyə başlanacağı, hansı tarixdə başa çatacağı əvvəlcədən müəyyənləşdirilərək ictimaiyyətə açıqlanmalıdır. Əlbəttə, belə iri layihələrdə bir-iki, hətta üç-beş aylıq gecikmələr baş verə bilər. Lakin bu gecikmələr illərlə davam etməməlidir. İnsanların narazılığı da məhz bundan qaynaqlanır. Çünki uzun illərdir eyni layihələr barədə danışılır, lakin real nəticələr görünmür. Bu cür yanaşma düzgün deyil".
Ekspertin fikrincə, digər tərəfdən də, metro tikintisinin son dərəcə mürəkkəb proses olduğunu nəzərə almaq lazımdır:
"Marşrutların müəyyənləşdirilməsi, ərazilərin hazırlanması, geoloji tədqiqatlar, təhlükəsizlik tələblərinə əməl olunması və digər texniki mərhələlər kifayət qədər vaxt tələb edir. Buna baxmayaraq, uzun illər ərzində yalnız müzakirələrin aparılması, real işlərin isə görülməməsi haqlı suallar doğurur. Hesab edirəm ki, dövlətin də marağı bu layihələrin mümkün qədər operativ şəkildə həyata keçirilməsidir. Bunun üçün isə əsas şərt bütün qurumlar arasında dəqiq koordinasiyanın təmin edilməsi, işlərin əvvəlcədən düzgün planlaşdırılması, ərazilərin vaxtında müəyyənləşdirilməsi və bütün mərhələlərin ardıcıl icra olunmasıdır".
Xırdalan və Sumqayıt istiqamətində metro xətlərinin çəkilməsinə gəlincə, Elməddin Muradlı deyib ki, bu layihələr hazırda ayrıca dövlət proqramında nəzərdə tutulmasa da, gələcəkdə ayrıca layihələr çərçivəsində həyata keçirilməsi ilə bağlı niyyət var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 25837 Tarix: 01 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrMəktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
16 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrYetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA
Yetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətka
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabr