"AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTO
2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub.
Sonxeber.az xəbər verir ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəb olan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindən birini izləmək imkanı yaradıb.
Tarixi bioqrafik dram janrında çəkilmiş "Tağıyev: Neft" filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi və görkəmli sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii şəkildə təqdim olunur.
Qeyd edək ki, "Tağıyev: Neft" tammetrajlı bədii filmi Azərbaycanın 98-ci "Oskar" mükafatları üçün "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər "AzerGold" QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələr ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxından tanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.









Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 453 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrSürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr