Qırğızıstanda imzalanan sənədlər strateji əməkdaşlığı daha inkişaf etdirəcək

Qırğızıstanda imzalanan sənədlər strateji əməkdaşlığı daha inkişaf etdirəcəkAzərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlığa, artıq isə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Məhz bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri xüsusi siyasi və geostrateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin iyulun 30-31-də Qırğızıstana dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin bütün istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir: Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti hərtərəfli təhlil olundu, gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirildi və regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Danışıqlar zamanı əldə olunan razılaşmalar göstərdi ki, Bakı ilə Bişkek arasında siyasi dialoq artıq yüksək etimad mühitinə əsaslanır və bu münasibətlər uzunmüddətli strateji hədəflərə hesablanıb. Bildiyiniz kimi, son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf edərək keyfiyyətcə tamamilə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında qarşılıqlı etimad və səmimi dostluq münasibətləri bu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. İkitərəfli siyasi dialoq intensiv xarakter alıb, iqtisadi əməkdaşlıq genişlənib, humanitar əlaqələr dərinləşib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək daha da möhkəmlənib. Bu gün Azərbaycan və Qırğızıstanı yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də gələcəyə yönəlmiş ortaq strateji baxış birləşdirir. Möhtərəm Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin əsas təşəbbüskarlarından birinə çevrilib. Məhz bu siyasətin davamı olaraq dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərə yeni strateji məzmun qazandırıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması isə tarixi hadisədir. Bu sənəd Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf salnaməsində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, iki qardaş dövlət arasında əlaqələrin ən yüksək siyasi-hüquqi səviyyəyə yüksəldiyini təsdiq edir. Müttəfiqlik münasibətlərinin təsis edilməsi iki ölkə arasında qarşılıqlı etimadın, siyasi iradənin və ortaq strateji baxışın ən yüksək ifadəsidir. Bu sənəd əməkdaşlığın yalnız iqtisadi, ticarət və humanitar sahələrlə məhdudlaşmadığını, eyni zamanda xarici siyasətin əlaqələndirilməsi, regional və beynəlxalq təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi, nəqliyyat-logistika layihələrinin inkişafı, enerji, investisiya, rəqəmsal transformasiya və digər strateji istiqamətlərdə uzunmüddətli əməkdaşlığın institusional əsaslarını formalaşdırır. Bu baxımdan müqavilə təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Əslində, bu müqavilə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti mühüm nailiyyətidir. Son illər Azərbaycanın müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini ardıcıl şəkildə genişləndirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və diplomatik çəkisinin bariz göstəricisidir. Azərbaycan bu gün təkcə regionun aparıcı dövləti kimi deyil, həm də qlobal miqyasda etibarlı söz sahibi, təşəbbüsləri dəstəklənən və əməkdaşlığı arzu olunan tərəfdaş kimi qəbul edilir. Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi də məhz bu uğurlu diplomatik xəttin məntiqi davamı olmaqla yanaşı, ölkəmizin türk dünyasında birləşdirici rolunun daha da möhkəmləndiyini nümayiş etdirir.
Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən möhtərəm Prezident İlham Əliyevin ölkənin ən ali mükafatlarından olan birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi dövlətimizin başçısının yalnız Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına deyil, bütövlükdə türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Bu ali dövlət mükafatı Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun, siyasi liderliyinin və həyata keçirdiyi xarici siyasət kursunun dost ölkələr tərəfindən yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın ən ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə mükafatlandırması da xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım qarşılıqlı hörmətin, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin rəmzidir. Eyni zamanda bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun dost dövlətlərlə münasibətlərdə əldə etdiyi mühüm nəticələrin növbəti təsdiqidir.

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın iqtisadi ölçüsü də sürətlə genişlənir. Orta Dəhlizin inkişafı fonunda hər iki ölkə Avrasiya nəqliyyat-logistika sistemində mühüm tərəfdaş kimi çıxış edir. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, logistika mərkəzlərinin yaradılması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanları və logistika imkanları Qırğızıstan üçün dünya bazarlarına çıxış baxımından yeni perspektivlər yaradır. Bununla yanaşı, humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti, turizm və digər sahələrdə həyata keçirilən birgə layihələr xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə Qırğızıstanın dəstəyi ilə həyata keçirilən layihələr isə qardaşlıq münasibətlərinin konkret əməli ifadəsidir. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin milli maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət hər iki ölkənin xarici siyasətində əsas prioritetlərdəndir. Bu mövqelərin üst-üstə düşməsi münasibətlərin strateji xarakterini daha da gücləndirir və qarşılıqlı etimadı möhkəmləndirir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün regionda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilən, təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənən nüfuzlu dövlətdir. Dövlətimizin başçısının həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində ölkəmiz müxtəlif coğrafiyalarda etibarlı dostlar və strateji müttəfiqlər qazanır, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Əminik ki, imzalanan müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayacaq. Bu sənəd iki dövlət arasında siyasi dialoqu daha da intensivləşdirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək, təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcək və türk dünyasının inteqrasiyasına yeni təkan verəcək.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 310   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr