Qırğızıstanda imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir
Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasında təhlükəsizlik, müdafiə və siyasi həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: "Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər".
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".
Azərbaycan Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli tərəfdaşlığın inkişafına xüsusi önəm verir. Bu tərəfdaşlığın mühüm istiqamətlərindən birini müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Şübhəsiz ki, bu sahədə əməkdaşlığın ən yüksək səviyyəsi müttəfiqlik münasibətləridir. Azərbaycanın türk dövlətləri ilə müttəfiqlik münasibətlərinin hüquqi bazası ardıcıl şəkildə genişlənir. 2005-ci ildə Qazaxıstanla, 2021-ci ildə Türkiyə ilə, 2024-cü ildə Özbəkistanla imzalanan müttəfİqlik haqqında müqavilələrin ardınca, bu gün Qırğızıstanla da müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın təşəbbüsü və fəal səyləri ilə ərsəyə gələn bu ikitərəfli sənədlər türk dövlətləri arasında çoxtərəfli müdafiə əməkdaşlığının inkişafına, eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv özünümüdafiə sahəsində daha sıx əlaqələndirilmiş fəaliyyət üçün möhkəm zəmin yaradır.
Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun növbəti mühüm nəticəsidir. "Qırğız Respublikası ilə müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması Prezident İlham Əliyevin Türk dünyasının birliyinin və strateji həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı növbəti tarixi addımdır. Bu sənəd ikitərəfli münasibətlərin daha da inkişafına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. İnanırıq ki, bu müqavilə Azərbaycan və qardaş Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin daha da dərinləşməsinə, Türk dünyasının birliyinin güclənməsinə, eləcə də regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA