"Azərbaycan-Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək" - DEPUTAT
"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat bundan sonra da iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf edəcəyindən xəbər verir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq:
"Ölkə başçısının Qırğızıstana olan səfəri iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirir. Cənab prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Səfər çərçivəsində imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Ən önəmlisi birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edilib. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Səfər çərçivəsində ölkə başçısı "Bakı" hotelinin açılışında da iştirak edib. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və "Bakı" adını daşıyır. Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir. Bundan əvvəl də bilirsiniz ki, iki ölkə başçısı Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak edib. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Həmçinin, iki ölkə lideri Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışında da iştirak edib. Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir.
Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkı birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir. Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı - 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunub. Eyni zamanda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət təltifi - "Heydər Əliyev" ordeni ilə təltif olunub:
"Ölkə başçısı İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - 1-ci dərəcəli "Manas" ordeni ilə təltif olunması Azərbaycan-Qırğızıstan münasibətlərinə və müttəfiqlik əlaqələrinin inkişafına verilən yüksək qiymətdir. Əminəm ki, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA