" Azərbaycan və Qırğızıstanı ortaq tarix, ortaq mədəniyyət, ortaq mənəvi dəyərlər və türk kimliyi birləşdirir" - Bəhruz Quliyev
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühüm siyasi nəticəsi Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəlməsidir. İmzalanan Müttəfiqlik haqqında Bəyannamə göstərir ki, Bakı və Bişkek artıq münasibətlərini təkcə dostluq və qardaşlıq prinsipləri əsasında deyil, həm də uzunmüddətli siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına söykənən müttəfiqlik müstəvisində inkişaf etdirəcəklər".
Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bu, sadəcə diplomatik termin dəyişikliyi deyil. Müttəfiqlik münasibətləri dövlətlərin beynəlxalq məsələlərdə daha sıx koordinasiyasını, qarşılıqlı siyasi dəstəyini, təhlükəsizlik, nəqliyyat, iqtisadiyyat, investisiya, enerji, humanitar sahələr və Türk dünyasının inteqrasiyası istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.
"Səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunması da xüsusi əhəmiyyət daşıyır. Bu, iki dövlət başçısı arasında yüksək etimadın, qarşılıqlı hörmətin və qardaşlığın, eləcə də Azərbaycan-Qırğızıstan münasibətlərinin çatdığı ən yüksək siyasi səviyyənin rəmzidir.
Azərbaycan və Qırğızıstanı ortaq tarix, ortaq mədəniyyət, ortaq mənəvi dəyərlər və türk kimliyi birləşdirir. Hər iki ölkə çərçivəsində türk dünyasının birliyinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, regional nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində fəal əməkdaşlıq edir.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin bu səfəri təkcə Azərbaycan-Qırğızıstan münasibətlərində deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası baxımından tarixi əhəmiyyətə malikdir. Bu gün Bakı ilə Bişkek arasında formalaşan müttəfiqlik modeli gələcəkdə digər türk dövlətləri üçün də nümunə olacaq, regionda sülhün, sabitliyin və qarşılıqlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək."- deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 328 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr