Bakı Qızlar Universitetinin işçilərinin aqibəti necə olacaq? - Nazir müavini
Akkreditasiya Şurasının qərarı hamıya məlumdur və Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir.
Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında Trend-in sualını cavablandırarkən bildirib.
Nazir müavini qeyd edib ki, prosesin gedişində hər hansı məsələləri şərh etməyi səmərəli hesab etmir:
"İlk növbədə gözləməliyik ki, proses yekunlaşsın və tələbələrin təhsillərini davam etdirmələri ilə bağlı işlər tamamlansın. Sizin qeyd etdiyiniz məsələlərə də baxılacağını düşünürəm. Nəzərə alsaq ki, həmin heyətin fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin də müvafiq məlumatı olacaq".
Həmin pedaqoji heyətin işlə təmin olunması üçün nazirlik hansısa dəstək mexanizmləri nəzərdə tuturmu sualına cavabında isə nazir müavini bildirib ki, proses yekunlaşmadan açıqlama vermək olmaz:
"Bu qərar cəmi bir həftə əvvəl qəbul olunub. Məsələ açıqlama vermək istəməməkdən ibarət deyil. Əvvəlcə proses yekunlaşmalıdır ki, onun nəticələri ilə bağlı açıqlama verilsin. İşin gedişində açıqlama verib, sonra onu yenidən müzakirə etmək və izah etmək o qədər də faydalı olmaz".
Nazir müavini həmin tələbələrin hansı özəl ali təhsil müəssisələrinə köçürüləcəyini də açıqlamayıb:
"Şübhəsiz ki, bunu yalnız bir universitet vasitəsilə həyata keçirmək mümkün olmayacaq. Hər bir tələbənin hansı ali təhsil müəssisəsinə köçürüləcəyini indidən açıqlamaq isə, səmimi desəm, çox çətindir".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi dünən Bakı Qızlar Universitetinin pedaqoji heyəti ilə bağlı açıqlama yayıb. Həmin açıqlamada bildirilirdi ki, Bakı Qızlar Universitetində çalışan pedaqoji heyətin əsas iş yeri digər universitetlər olduğu üçün onlar əsas iş yerlərini itirməyəcəkləri qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Səudiyyə Ərəbistanı səhrada 159 milyon ağac əkdi: 5 il ərzində nə dəyişdi?
Paytaxtın bu qəsəbəsində su olmayacaq
Son dərəcə təhlükəlidir və ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ oldu
Rusiyada qızıldan bahalı mineral tapıldı
Ceki Çan Bakıda
Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı
Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto
İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA
Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR
3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı
Xoşqədəmlə Doğuş niyə birlikdə yaşamır?