Avqustun 13-də göydə möhtəşəm mənzərə yaşanacaq
Gələn həftədən etibarən avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək. Perseid meteor yağışı "109P/Swift-Tuttle"" kometinin buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır.
Bu meteorların bir çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür. Buna görə Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır. Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.
Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 316 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr